Slimfit
  1. MEDİA

Laçın sərhəd-buraxılış məntəqəsinin açılması..-İsa Həbibbəyli

Laçın sərhəd-buraxılış məntəqəsinin açılması..-İsa Həbibbəyli
Sakura

Laçın sərhəd-buraxılış məntəqəsinin açılması..-İsa Həbibbəyli

Laçında sərhəd-buraxılış məntəqəsinin yaradılması müstəqil Azərbaycan Respublikasının suveren huquqları çərçivəsində atılmış zəruri addımdır. Əvvəla, ona görə ki, Laçın Azərbaycan dövlətinin tarixi ərazisi olduğu üçün burada hər hansı bir tədbirin həyata keçirilməsi, o cümlədən də sərhəd-buraxılış məntəqəsinin salınması ölkəmizin daxili işidir. Bu, hər şeydən əvvəl, Ermənistan tərəfindən Qarabağda qanunsuz məskunlaşdırılmış erməni seperatçı silahlı qüvvələrinin törətməkdə davam etdirdikləri təhlükələrin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdir. Bundan başqa, sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə Qarabağa minaların daşınması təhlükəsi də aradan qaldırılacaqdır. Azərbaycanın bu addımı regionda sülhün və təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsinə təminat verəcəkdir. Bununla belə, Laçın koridoru humanitar yardım və ya digər sülhsevər missiyaların həyata keçirilməsi, mülkü yüklərin daşınması, sərnişinlərin gəlib-getməsi üçün açıqdır.

Ümumiyyətlə, Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycanla Ermənistan arasında sərhədlərin tanınması, tranzit əlaqələrin tənzimlənməsi baxımından da əhəmiyyətlidir. Laçında yaradılan sərhəd-buraxılış məntəqəsinin fəaliyyətə başlaması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğrunda əzmlə mübarizə apardığı Laçın koridorunun yaxın vaxtlarda işə salınacağına da real inam yaradır. Eyni zamanda, Laçında nəqliyyat vasitələrinin tənzimlənməsi beynəlxalq birlik tərəfindən dəstəklənən Zəngəzur dəhlizinin həlli məsələsinin də aktivləşməsini sürətləndirir. Bütün bunlar Azərbaycan-Ermənistan münasibətləri ilə əlaqədar danışıqların yeni mərhələsinin başlanması zərurətini meydana qoyur. Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması Ermənistanla sülh müqaviləsinin imzalanmasının da qaçılmaz olduğunu bir daha diqtə edir.

Laçın ərazisində sabitlik və təhlükəsizliyin təmin olunması əhalinin öz ata-baba yurdlarına qayıtmalarına da təminat verir. Bundan sonra Laçın ərazilərində elmi-tədqiqat işlərinin aparılması üçün də imkan yaranacaqdır. Alimlərimiz Qarabağ ərazisində olduğu kimi, Qərbi və Şərqi Zəngəzur torpaqlarında da tarix, arxeologiya, coğrafiya, folklor, toponimiya, bioresurslar, geologiya və digər sahələrdə tədqiqatların aparılmasına başlanmasını zəruri hesab edirlər. Ermənistanın 30 illik işğalı dövründə elmi tədqiqatlardan kənarda qalmış tarixi Azərbaycan ərazilərində hərtərəfli və əsaslı tədqiqatların aparılmasına ciddi ehtiyac vardır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR