Slimfit
  1. CƏMİYYƏT

Leysan Şamaxıda və Kürdəmirdə fəsadlar törətdi

Leysan Şamaxıda və Kürdəmirdə fəsadlar törətdi
Sakura

Leysan Şamaxıda və Kürdəmirdə fəsadlar törətdi

Ens.az Ölkə.az-a istinadən xəbər verir ki,ötən axşamdan bu gün günorta saatlarına qədər fasilələrlə yağmağa başlayan leysan xarakterli yağış və dolu Şamaxı rayonun dağ kəndlərində bəzi fəsadlar yaradıb.

Rayonun Ərçiman kəndi ətrafındakı ərazilərə ciddi ziyan dəyib.

Kəndin əkin sahələri yağan yağışdan sonra dağlardan gələn sel suları altında qalıb, eyni zamanda, kəndi rayon mərkəzi ilə birləşdirən körpü dağılıb. Nəticədə kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib, avtomobillərin hərəkəti məhdudlaşıb. Buna görə, bəzi sakinlər rayon mərkəzindən kəndə qayıdarkən yolda qalıblar. Yerli sakinlərin sözlərinə görə, sel suları bir neçə iribuynuzlunu heyvanları və ev quşlarını aparıb.

Paralel olaraq rayonun Talışnuri, Səfalı kəndinə də dolu duşub, güclü yağış yağıb. Kənd sakinlərinin sözlərinə görə, dolu səbəbindən taxıl və bostan sahələrinə, meyvə ağaclarına ciddi ziyan dəyib.

Hazırda rayonun dağ kəndlərinə yağış yağır, çaylarda suyun səviyyəsində artım müşahidə olunur.

Digər tərəfdən, Kürdəmirdə də aramsız leysan fəsadlar törədib.

Günün ikinci yarısında başlayan güclü yağışdan sonra əmələ gələn sel suları şəhərin bir çox küçəsində sürücü və piyadalara çətinlik yaradıb.

Bəzi küçələrdə suyun səviyyəsi artdığı üçün avtomobillərin hərəkəti çətinləşib.

Fərdi evlər, həyətlər və yardımçı tikliləri su basıb. Vəziyyətlə əlaqəli əraziyə canlı qüvvə və texnika cəlb edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR