Slimfit
  1. MARAQLI

Linzalar və onun növləri...

Linzalar və onun növləri...
Sakura

Linzalar və onun növləri...

Görünüşdə fərqlilik yaratmaq üçün istifadə olunan vasitələrdən biri də linzalardır. Məhz linzaların sayəsində görməni yaxşılaşdırmaqla yanaşı, fərqli gözəlliyə sahib olmaq mümkündür. Rəngli və optik linzaların müxtəlif növləri var.

Axar.az xəbər verir ki, Bakı Baş Səhiyyə İdarəsinin Baş Oftalmoloqu Sevda Bəşirova bu barədə deyib:

“Gözlərin rəngini dəyişmək, onlara parıltı vermək, müxtəlif çalarların alınmasına nail olmaq üçün istifadə edilən linzalar həm də eynəklərə bənzəyir. İstifadə müddətinə görə günlük, aylıq və üç aylıq çeşidləri var. Günlük olanları bir dəfə istifadə etdikdən sonra mütləq atmaq lazımdır. Linzaların optik və kosmetik növləri var. Bundan başqa bayramlarda və özəl günlərdə göz rənginə uyğun dəyişmək üçün istifadə olunan karnaval linzalar da olur. Bəzi kosmetik linzalar da var ki, onlar həm də optikdir. Gigiyena ən azı iki-üç gündən bir həmin linzaların suyunu vaxtlı-vaxtında dəyişməyi tələb edir, əks halda linzalar quruya və gözü incidə bilər”.

Həkim-oftalmoloq bildirib ki, daha rahat nəfəs alan silikon-hidrogen linzaları gün ərzində 12-13 saatadək istifadə etmək mümkündür. Hidrogen növləri isə 8 saatadək taxmaq məsləhətdir. Keyfiyyətsiz və yaxud istifadə və təmizlənmə qaydalarına düzgün riayət olunmayan linzalar gözə müxtəlif infeksiyaların düşməsinə, hətta görmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR