Slimfit
  1. ARXİTEKTURA

Londonda binanın damında unikal hovuz tikiləcək

Londonda binanın damında unikal hovuz tikiləcək
Sakura

Londonda binanın damında unikal hovuz tikiləcək

İngiltərənin paytaxtında damında panorama görüntülü hovuzlu göydələn tikmək planlaşdırılır.

Bu barədə “The Mirror” yazır.

55 mərtəbəli “Sərhədsiz London” (İnfinity London) adlı binanın tikintisi 2020-ci ildə başlayacaq.

Binanın divarları və hovuzun döşəməsi şəffaf rəngli olacaq - üst mərtəbələrdəki sakinlər yuxarıda üzən insanları görə biləcəklər.

Hovuzun həcmi 600 min litr olacaq. Layihəni hazırlayan “Compass Pools” şirkətinin dizaynerləri iddia edirlər ki, layihə unikaldır: dünyada damda yerləşən 360 dərəcə görünüşlü hovuz yoxdur. İdeya müəlliflərinin dediyinə görə, gecələr hovuz işıqlarla bəzədildiyi üçün su parlayacaq və bina qiymətli daşlarda bəzədilmiş fənər kimi görünəcək.

Hovuzun aşağısındakı mərtəbələrdə lüks hotel açmaq planlaşdırılır. Dizaynerlər hündürlükdə yerləşən hovuz suyunun necə təmin ediləcəyi barədə məlumat verməyiblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR