Ens.az
7 dekabr 2019, şənbə
.
.
chevron_left chevron_right
İDMAN

Lüis Hemilton 'Ferrari'yə keçəcəyini istisna etməyib

Lüis Hemilton 'Ferrari'yə keçəcəyini istisna etməyib

22 Baxış
Lüis Hemilton 'Ferrari'yə keçəcəyini istisna etməyib

“Formula 1” üzrə altıqat dünya çempionu Lüis Hemilton karyerasını “Ferrari”də davam etdirəcəyini istisna etməyib.

Report” xəbər verir ki, “Mercedes”in britaniyalı pilotu qalibi olduğu Abu-Dabi Qran-prisində təşkil edilən mətbuat konfransında gələcəyi haqda qərar vermədiyini bildirib. 34 yaşlı sürücü hazırkı komandası ilə müqavilə müddətini uzatmaq üçün danışıqlar aparmadığını da vurğulayıb: “Hazırda “Ferrari”də 2 yaxşı sürücü çıxış edir. Amma gələn il pilot bazarında vəziyyətin necə inkişaf edəcəyini heç kim bilmir. Düzü, hələ bu barədə düşünmürəm. Arxamda qazandığım uğurlarda mənə kömək edən böyük bir komandam var. Müqaviləmə sadiqəm və sözləşmənin müddətinin uzadılması ilə bağlı danışıqlar hələ başlamayıb. Açığı, müqavilə ilə bağlı vəziyyətin yaxın 12 ayda necə inkişaf edəcəyini bilmirəm. Qəribədir ki, müqavilə ilə bağlı məsələlər müddətin sonunda deyil, bitməsinə bir il qalmış həll edilməlidir”.

“La Gazzetta dello Sport”un yazdığına görə, Hemilton “Mercedes”lə müddəti 2020-ci ildə başa çatacaq müqaviləsini yeniləməyəcək və “Ferrari”yə keçəcək. Britaniyalı pilotun bu il İtaliya komandasının prezidenti Con Elkannla 2 dəfə görüşdüyü vurğulanır. Onun və vitse-prezident Pyero Ferrarinin Hemiltonun azarkeşi olduğu bildirilir.

Qeyd edək ki, daha öncə “McLaren”in heyətində yer almış Lüis Hemilton 2013-cü ildən “Mercedes”də çıxış edir.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X