Slimfit
  1. DÜNYA

Lukaşenko Belarusdakı vəziyyəti Putinlə müzakirə etmək niyyətindədir

Lukaşenko Belarusdakı vəziyyəti Putinlə müzakirə etmək niyyətindədir
Sakura

Lukaşenko Belarusdakı vəziyyəti Putinlə müzakirə etmək niyyətindədir

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədəki vəziyyəti Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etməyi planlaşdırdığını deyib.

Ens.az APA-ya istinadən xəbər verir ki, bu barədə Aleksandr Lukaşenko bildirib.

“Hazırda faktiki olaraq Belarusa qarşı təcavüz ssenarisi həyata keçirilir. Bu gün Belarusun müdafiə olunması - ən azı bizim bütün məkanın, İttifaq dövlətinin müdafiə olunması deməkdir və digərlərinə nümunədir. Çünki ölkədə baş verənlər bütün İttifaq dövlətinin ərazisini əhatə edir. Əgər belaruslar tab gətirməsə, dalğa oralara da keçəcək”, - deyə o vurğulayıb.

A. Lukaşenko "rəngli inqilab" ssenarisi ilə ölkəsinə qarşı xarici təcavüzün getdikcə artdığını söyləyib: “Nə baş verdiyini görürük. Bizi dinc aksiya və nümayişlərlə yuxuya vermək lazım deyil".

Belarus Prezidenti əlavə edib ki, günün sonuna qədər Müdafiə Nazirliyinin Strateji İdarəetmə Mərkəzində respublikadakı vəziyyəti müzakirə edəcək.

A, Lukaşenko nümayişçilərin əksəriyyətinin hadisələrin əsl mahiyyətini başa düşmədiyini bildirib. "Bunu bu aksiyaları əlaqələndirən və yönəldənlər başa düşürlər", - deyə Lukaşenko vurğulayıb.

O qeyd edib ki, qanunsuz aksiyaların təşkilatçıları ictimai rəyə təsir göstərmək üçün xüsusi ssenarilər əsasında uydurma görüntülər hazırlayır, saxta xəbərlər yayırlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR