Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Mahir Mirzəyev Sabir oğlu

Mahir Mirzəyev Sabir oğlu
Sakura

Doğum tarixi : 17 fevral 1994 Vəfat tarixi: 2 aprel 2016 (22 yaşında)

Mahir Sabir oğlu Mirzəyev (d. 17 fevral 1994; Bakı, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı və təhsili

Mahir Mirzəyev 1994-cü il 17 fevral tarixində Bakı şəhərində anadan olub. Orta təhsilini 2000-2005-ci illərdə Abşeron rayonu Fatmayı kənd orta məktəbində, 2005-2011-ci illərdə isə Bakı şəhəri N.Nərimanov rayonu şəhid Novruzov qardaşları adına 36 saylı orta məktəbdə alıb. 2011-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib, yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinin ümumi iqtisadiyyat fakültəsinə daxil olub. 2015-ci ildə ali təhsilini bitirib yüksək balla Qafqaz Universitetininmenecment fakültəsinin magistr pilləsinə qəbul olmuşdur.

2007-ci ildə Azərbaycan respublikası Ciu-citsu Milli Federasiyasının üzvü olmuş və imtahanda bacarıq göstərərək 7 Sichi-Kyu-ya layiq görülmüşdür. 2013-cü ildə ”ASAN” xidmətdə, 2014-cü ildə Amrahbank Akademiyasında, sentyabr-dekabr 2014-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 12-28 iyun 2015-ci ildə “Avropa Oyunları”nda könüllülər kimi fəaliyyət göstərmişdir. Bütün bu fəaliyyətlərindən diplom, sertifikat və fəxri fərmanlar almışdı. Türk, ingilis, rus, ərəb dillərini bilirdi.

Hərbi xidməti

6 iyul 2015-ci ildə Bakı şəhəri N.Nərimanov rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən hərbi xidmətə Gəncəyə göndərilmiş və 3 ay sonra Tərtər rayonunda hərbi xidmətini davam etdirmişdir. Mirzəyev Mahir Sabir oğlu 2 aprel 2016-cı ildə Aprel döyüşləri zamanı Seysulan, Qapanlı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olmuşdur

8 aprel 2016-cı ildə Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsi ilə əldə olunan razılığa əsasən öndə, neytral zonada qalan şəhidlərimizin nəşi götürülərək ailələrinə verilib. 9 aprel 2016-cı ildə Mirzəyev Mahir Sabir oğlunun cənazəsi Bakı, Binəqədi rayonu Biləcəri qəsəbəsindən böyük izdihamla yola salınıb. Dəfn mərasimində Nərimanov və Binəqədi rayon icra hakimimiyyətinin başçıları, Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti əməkdaşları, rayonun Hüquq Mühafizə orqanlarının rəhbərləri, minlərlə şəhər sakinin ilə bərabər şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri iştirak etmişdilər. Mahir Sabir oğlu Mirzəyev Pirşağı məzarlığında dəfn olunmuşdur.

Mükafatları

Mahir Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Ailəsi

Mahir Mirzəyev Aprel döyüşləri zamanı şəhid olan digər əsgər Fəxrəddin Qurbanlı ilə qohum idi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR