Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Mahir Quliyev Qədir oğlu

Mahir Quliyev Qədir oğlu
Sakura

Doğum tarixi : 21 dekabr 1993 Vəfat tarixi: 2 aprel 2016 (22 yaşında)

Mahir Qədir oğlu Quliyev (d. 21 dekabr 1993; Bakı, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Əslən Şərur rayonunun Qorçulu kəndindən olan Mahir Quliyev 1993-cü ilin 21 dekabr günündə Bakı şəhərində anadan olub. Mahir Quliyev 2015-ci ildə Azərbaycan Texniki Universitetini bitirib.

Hərbi xidməti

Əsgər Mahir Quliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 9-u isə Mahir Quliyev Bakı şəhərində, III Fəxri Xiyabanda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Quliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Mahir Quliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR