Slimfit
  1. TARİX

Makedoniyalı İsgəndərin ölümünün əsl səbəbi müəyyən edildi

Makedoniyalı İsgəndərin ölümünün əsl səbəbi müəyyən edildi
Sakura

Makedoniyalı İsgəndərin ölümünün əsl səbəbi müəyyən edildi

Yunanıstanda Aristotel Universitetinin alimləri çoxillik araşdırmalar nəticəsində Makedoniyalı İsgəndərin ölüm səbəbini müəyyən ediblər.

“Greek Reporter” xəbər verir ki, məşhur sərkərdəni şərab və yağlı yeməyə olan sevgisi öldürüb.

İsgəndərin həyatının son günlərini araşdıran yunan alimləri belə qənaətə gəliblər ki, Makedoniya çarı pankreonekrozun (mədəaltı vəz xəstəliyi) kəskin formasından dünyasını dəyişib. Bu xəstəlik sağlam olmayan qida və şərabın həddindən artıq istifadəsi zamanı yaranır.

Xatırladaq ki, Makedoniyalı İsgəndər e.ə. 323-cü ildə 32 yaşında vəfat edib. Müxtəlif zamanlarda sərkərdənin malyariya, tif, pnevmoniya və hətta zəhərlənmədən dünyasını dəyişdiyi ehtimal olunurdu.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR