Slimfit
  1. DÜNYA

Makron Putinlə danışıqlarının detallarını açıqladı

Makron Putinlə danışıqlarının detallarını açıqladı
Sakura

Makron Putinlə danışıqlarının detallarını açıqladı

Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə apardığı müzakirələrin nəticələrindən danışıb.

TASS xəbər verir ki, E.Makron bu barədə "Twitter" hesabında yazıb.

O qeyd edib ki, Rusiyanın gələcəyi Avropa ilə bağlıdır:

"Əminəm ki, Rusiyanın gələcəyi tamamilə Avropa ilə bağlıdır. Biz Lissabondan Vladivostokadək uzanan Avropaya inanırıq".

Fransa lideri Rusiya Prezidenti ilə danışıqları əsnasında Sibirdəki yanğınlardan söz açdığını vurğulayıb. O bildirib ki, Kreml rəhbəri ilə Sibirdə buzlaqların əriməsi mövzusunu da müzakirə edib:

"Rusiya iqlim dəyişikliyinin dağıdıcı təsirləri ilə üz-üzədir. Bununla belə, mən Paris İqlim Sazişinin ratifikasiya edilməsindən məmnunan. Bu, simvolik bir jestdir, biz bu yolu tutmalıyıq".

E.Makron V.Putinlə Liviya və Suriyadakı vəziyyəti də müzakirə etdiyini bildirib.

Qeyd edək ki, Fransa və Rusiya liderlərinin Fransa prezidentlərinin yay iqamətgahı olan "Fort de Bregancon"da keçirilən danışıqları iki saat yarımdan çox davam edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR