Ens.az
9 dekabr 2019, bazar ertəsi
.
.
chevron_left chevron_right
İQTİSADİYYAT

Maksim Oreşkin: 'Dekabrda Rusiya ilə Azərbaycan arasında bir sıra mühüm sənədlər imzalanacaq'

Maksim Oreşkin: 'Dekabrda Rusiya ilə Azərbaycan arasında bir sıra mühüm sənədlər imzalanacaq'

19 Baxış
Maksim Oreşkin: 'Dekabrda Rusiya ilə Azərbaycan arasında bir sıra mühüm sənədlər imzalanacaq'

"Azərbaycan ayrı-ayrı məhsulların ixracında Rusiya bazarında liderlik mövqeyindədir".

"Report"un Rusiya bürosu xəbər verir ki, bu fikirləri Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin Moskvada keçirilən X Rusiya-Azərbaycan Regionlararası Forumunda çıxışında bildirib. Regionlararası forumda Rusiyanın 30 regionundan nümayəndələrin iştirak etdiyini bildirən nazirin fikrincə, bu, Azərbaycan iqtisadiyyatının Rusiyada mövqelərini möhkəmləndirməsi üçün böyük perspektivlərə malik olmasından xəbər verir.

M.Oreşkin Rusiyada iki ölkə rəhbərliyi, eləcə də idarə və müəssisələr, regionlar arasında ənənəvi dostluq əlaqələrinin yüksək qiymətləndirildiyini vurğulayıb. Bildirib ki, cari ilin 9 ayı ərzində Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 26 faiz artıb. Bundan əlavə, pul köçürmələri, turizm və digər sahələrdə də əməkdaşlıq genişlənib. Rusiya rəsmisinin fikrincə, bu, həm də regionlar arasında əməkdaşlığın genişlənməsi sayəsində mümkün olub.

M.Oreşkin ikitərəfli əlaqələrin inkişafında Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin şəxsi mehriban dostluq münasibətlərinin əhəmiyyətini qeyd edib. O həmçinin dekabrda Bakıda, Azərbaycan-Rusiya Hökumətlərarası komissiyasının növbəti iclasının keçiriləcəyini, bir sıra mühüm sənədlərin imzalanacağını qeyd edib. M.Oreşkin hazırda həyata keçirilən bir sıra layihələrin, o cümlədən “SOCAR Polymer” zavodu, “Həyat Farm” birgə müəssisəsi, Azərbaycanda açılacaq Həştərxan işgüzar mərkəzi və Həştərxanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Biznes Mərkəzi, Bakı-Quba-Rusiya dördzolaqlı yolu və digər layihələrin ikitərəfli münasibətlərin yüksək səviyyəsindən xəbər verdiyini vurğulayıb.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X