Slimfit
  1. KOSMOS

Marsda böyük metan emissiyası qeydə alınıb

Marsda böyük metan emissiyası qeydə alınıb
Sakura

Marsda böyük metan emissiyası qeydə alınıb

Amerikanın “Curiocity” Mars zondu qırmızı planetdə yüksək səviyyədə metan qazı emissiyası qeydə alıb. Onun lazer spektr ölçən cihazı bu qazın Marsın atmosferində yüksək konsentrasiyasını aşkar edib. Məlum olub ki, Heyl kraterində bu qazın səviyyəsi 21 ppbv-yə (milyard molekulların həcm vahidi) çatıb.

AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, artıq yeddi ildir qırmızı planetdə tədqiqat aparan kosmik zond bundan əvvəl Heyl kraterində metanın səviyyəsini 10 ppbv həcmində qeydə alıb. Astronomlar bu qazın həcminin birdən-birə iki dəfə artmasının səbəbini izah edə bilmirlər. Alimlərin fikrincə, Yer kürəsində 90-95 faiz üzvi mənşəli olan metan qazı məhz bakteriyaların yaşamasının məhsuludur. Bu qazın çox az hissəsi Yerdə baş verən tektonik hərəkətlər nəticəsində əmələ gəlir. Beləliklə, onlar kosmosda da metanın artmasını həyat əlamətləri ilə əlaqələndirirlər. NASA-nın Hoddard adına Kosmik Uçuşlar Mərkəzinin əməkdaşı Pol Mahaffi isə bildirib ki, Mars zondundakı cihazlar bu metanın bioloji, yaxud geoloji mənşəli olduğunu müəyyən edə bilməyiblər. Onun sözlərinə görə, bu, Marsın atmosferində metanın səviyyəsinin qalxması üzrə ilk hal deyil, lakin bu dəfə tədqiqatlar iki cihaz vasitəsilə aparılıb. “Günəş sistemində metanın bioloji olmayan səbəblərdən yaranması və həyat əlamətlərinin olmadığını göstərən bir çox göy cismi var. Belə ki, Yupiter, Saturn, Uran və Neptun planetlərində bu qazın səviyyəsi kifayət qədər yüksəkdir. Hətta Plutonda metan buzu da aşkar edilib. Saturn planetinin peyki Titanda maye metandan ibarət göl də var. Beləliklə, Günəş sistemində metanın çox olduğu məlumdur, lakin təkcə Yerdə bu qaz üzvi fəaliyyətlər nəticəsində meydana gəlir”, -deyə NASA-nın əməkdaşı qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR