23 fevral 2020, bazar
.
.
chevron_left chevron_right
KOSMOS

Marsdan gələn ən qəribə görüntülər

Marsdan gələn ən qəribə görüntülər

251 Baxış
Marsdan gələn ən qəribə görüntülər

İnsan təxəyyülünün həddi-hüdudu yoxdur. Biz əslində olmayan şeyləri görə bilirik. Amma məsələ Mars məsələsidisə, dayanmaq lazımdı..

Gəlin, tədqiq olunduğu bütün tarixi ərzində Marsın səthində hansı sirli obyektlərin kəşf edildiyini xatırlayaq.

NASA-nın Marsa göndərdiyi robotlar tərəfindən Yerə çatdırılmış görüntülər hər zaman böyük maraq doğurub. Həqiqətən maraqlıdır! Yer robotlarından gizlənən marslılar qəfil onların üstünə düşsələr nə olar? Beləliklə, gedək.

Mars meymunları

Qırmızı Planetdən çəkilən ən ağılsız təsvirlərdən biridir. Fotoda gözə dəyən fiquru ayırd etmək çətin deyil ... Qorilla?

Ah bu heyvanlar! Bütün marslılar robotlardan gizlənirlərmiş. Nə mənası var bunun? Əgər, hansısa bir sözə baxmayan meymun daşların arxasından çıxıb boylandısa...

Yoxsa, bu əslində göz aldanmasıdır? Əgər obyektiv olsaq, bu fiqur prinsipcə, bir yer meymununa bənzəyir. Diqqət yetirin - obyektin ətrafındakı daşlar iti kənarlara malikdir. Və bu "quruluşun" daha hamar olan kənarları və yuvarlaq formaları var. Hm. Yoxsa həqiqətən bu, canlı varlıqdır?

İtirilmiş barmaq

Hansısa mars adamı parçalanmağa başlayıb. Əks təqdirdə aşağıdakı fotoşəkili necə izah etmək olar. Görsənən budur ki, planetin səthində kimsə tərəfindən atılan bir barmaq yatır. Yoxsa marslılar sadəcə onları qoparın atır, yrtinə yenisini yetişdirirlər? Onların fiziologiyası beləymiş. Nə etməli. Yoxsa bu, sadəcə başqa bir Mars daşıdır? Xeyr. Çünki ətrafdakı bütün cisimlər bu qəribə görünüşlü fiqurdan çox fərqlənir.

Hərbi dəbilqə

Belə.. Getdikcə daha maraqlı olmağa başlayır. Fotoda İkinci Dünya müharibəsi dövründə işlədilən hərbi dəbilqənin göründüyü aydındır. Bu nədir? Planetimizdə baş vermiş ən faciəli hadisələr bu yerlərə də gəlib çatıb? Bu qırmızı səhralarda kim kimə qarşı vuruşurdu? Bəlkə almanlar müharibənin sonunda birtəhər Marsa eniblər? Ancaq çətin ki.. Almanlar intizamlı insanlardır. Başlarında oıan hərbi əmlak itkisi üçün heç kim onların başına sığal çəkməyəcək. Buna görə, bu versiyanı qırağa qoyuruq. Yoxsa bəlkə bu Ana Təbiətinin başqa bir yaradılışıdır? Nə olur-olsun, bu obyekt bir hərbiçi dəbilqəsi ilə oxşarlığı sadəcə inanılmazdır.

Marsin üzü

Yəqin ki, Qırmızı Planetdən əldə edilən ən məşhur şəkillərdən biri Marsın üzü adlanır. Bu görüntü Yer kürəsində əldə olinamda hətta NASA xüsusi mətbuat konfransı keçirmişdi. Amerikalılar bütün dünyaya bu görüntünün yalnız kölgələrin oyunu olduğunu izah etmişdilər.

Ancaq hamımız bilirik ki, NASA, həmişə olduğu kimi, nəyisə gizlədir. Və əslində Marsda bu üz həqiqətən var. Bundam başqa bu fotoşəkilin yuxarı sol küncündə bir panda ayısının ağzını görə bilərsiniz.

Kiminsə çanaq sümüyü?

Belə məlum olur ki, Marsda hansısa fəlakət, qəza baş verib və nəticədə meymunlar qaçışıblar. Bəzi mars adamları isə bədənlərinin bir çox hissəsini itiriblər. Bircə baxın - Marsdakı şəkillərdən birində həqiqi bir sümük görsənir. Ancaq NASA bu məsələdə də özünü itirmədi. Qurumun nümayəndələri bunun başqa bir Mars daşı olduğunu söylədilər.

"Bunların heç biri sirli bir Mars adamının daşlaşmış qalıqları deyil. Tədqiqat qrupunun üzvləri, obyektin formasının ehtimal ki, eroziya nəticəsində meydana gəldiyinə inanırlar. Anvaq orada nə cürsə külək və yaxud məsələn su var "deuir onlar.

Su? Qəribəsiz uşaqlar...


Müəllif: Fəxri Qocayev


Mənbə: https://zen.yandex.az/alivespace




Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Səsli xəbərlər
Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

FAM Group Media X