Son vaxtlar avtomobillərin qiymətində müəyyən artım müşahidə olunur.

BAKU.WS xəbər verir ki, BakuTV əməkdaşları mövzu ilə bağlı paytaxtın Badamdar qəsəbəsində yerləşən maşın bazarına gedib, oradakı vəziyyətlə yaxından tanış olub.

Satıcılar deyir ki, yay ayları ilə müqayisədə hazırda avtomobillərin qiymətində 1000-1500 manata yaxın artım müşahidə olunur.

3 ay əvvvəl 16 minə satışa çıxarılan "Kia Rio" avtomobili hazırda 17 minə təklif olunur. Bundan başqa 2017-ci ilin "Opel Astra" avtomobili isə 12 minə satışa çıxarılıb.

Qeyd edək ki, hazırda ən çox alınan avtomobil "Mersedes" markasına aiddir.