Slimfit
  1. İDMAN

Mayk Tayson Azərbaycana gələcək

Mayk Tayson Azərbaycana gələcək
Sakura

Mayk Tayson Azərbaycana gələcək

"Godzilla" promoşn qrupunun dəvətiylə Azərbaycana gələn UFC-nin canlı əfsanəsi, məşhur döyüşçü, adı turnirin fəxri zalına həkk olunan Roys Greysi mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, jurnalistlərlə görüşən braziliyalı idmançı Azərbaycanda idmana dövlət səviyyəsində diqqətin ayrılmasından xəbərdar olduğunu deyib. O, gələcəkdə Bakıda öz akademiyasının nümayəndəliyini açmaq barədə düşündüyünü bildirib.

Medianın suallarına cavab verən "Godzilla" promoşn qrupunun rəhbəri Emil Əmiraslanov Roys Qreysinin səfəriylə bağlı danışıqların iki ay davam etdiyini vurğulayıb: "Onun Braziliyada ciu-citsu üzrə akademiyası fəaliyyət göstərir. Biz hazırda Bakıda həmin akademiyanın filialını açmaq barədə müzakirələr aparırıq. Üstəlik Roysun dəstəyilə "Belator" yarışını ölkəmizə gətirmək istəyirik. Nüfuzlu yarışın bir mərhələsinin Bakıda keçilmə ehtimalı var".
E.Əmiraslanov payızda Bakıya daha bir məşhur idmançının gələcəyini açıqlayıb. Danışıqlar müsbət yekunlaşacağı halda, peşəkar boksçu, WBF, WBC və İBF versiyaları üzrə çempion Mayk Tayson Azərbaycana iki günlük səfərə gələcək.
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR