Slimfit
  1. AVTO VƏ MOTO

Mazda artıq 1 ay sonra özünün ilk elektromobilini nümayiş etdirəcək

Mazda artıq 1 ay sonra özünün ilk elektromobilini nümayiş etdirəcək
Sakura

Mazda artıq 1 ay sonra özünün ilk elektromobilini nümayiş etdirəcək

 O, 141 at gücünə malik mühərrikə sahib olacaq

Mazda şirkətinin avtomobilləri hazırda rəqiblərindən ən çox dizaynla, eləcə də unikal texnologiyalara malik mühərrikləri ilə fərqlənir.

TED.az xarici mətbuata istinadən xəbər verir ki, Mazda-nın hələ də heç bir elektromobili yoxdur və olmayıb. Lakin tezliklə şirkət bu vəziyyəti düzəldəcək.

Artıq gələn ay Tokioda keçiriləcək avtosalonda Yapon avtomobil istehsalçısı ilk elektrik avtomobilini nümayiş etdirəcək. Onun hələ adı yoxdur, prototipi isə CX-30 modelinin kuzasından istifadə edir.

Məlumdur ki, maşın 141 at gücünə malik mühərrik və 35,5 kvt·s tutumlu nisbətən kiçik batareya alacaq. Bu, maşının ilk növbədə şəhərdaxili nəqliyyat növü kimi istifadə ediləcəyini göstərir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR