Slimfit
  1. CƏMİYYƏT

Mədəniyyət və İncəsənət Universitetində mətbuat katibi DƏYİŞDİ

Mədəniyyət və İncəsənət Universitetində mətbuat katibi DƏYİŞDİ
Sakura

Mədəniyyət və İncəsənət Universitetində mətbuat katibi DƏYİŞDİ

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) kadr dəyişikliyi olub.

Ens.az Modern.az-a istinadən xəbər verir ki, universitetin mətbuat katibi Elçin Cəfərov vəzifəsindən azad olunub. Elçin Cəfərov bu barədə özünün sosial şəbəkə hesabında məlumat verib:

“Artıq bu gündən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi vəzifəsində çalışmıram. İşdən uzaqlaşmağımın yeganə səbəbi vaxt məhdudiyyəti və öz peşəmə, elmi və pedaqoji fəaliyyətimə daha çox diqqət ayırmaq istəyimlə bağlıdır. Bu iki ildə rəhbərlikdən də, kollektivdən də özümə qarşı ancaq xoş münasibət gördüm. Bacardığım qədər həm universitetimiz, həm də media nümayəndələri üçün faydalı olmağa çalışdım. ADMİU-dakı fəaliyyətimi Teatrşünaslıq kafedrasında müəllim kimi davam etdirəcəyəm”.

Elçin Cəfərov onu da vurğulayıb ki, bundan sonra ADMİU-nun mətbuat katibi vəzifəsində jurnalist və yazar Şəhanə Müşfiq çalışacaq:

“Artıq Universitetlə bağlı suallarınızı Şəhanə Müşfiqə ünvanlaya bilərsiniz”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR