Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Məhəbbət Mirzəyev Zaman oğlu

Məhəbbət Mirzəyev Zaman oğlu
Sakura

Doğum tarixi : 16 dekabr 1994 Vəfat tarixi: 2 aprel 2016 (21 yaşında)

Məhəbbət Mirzəyev (tam adı: Məhəbbət Zaman oğlu Mirzəyev16 dekabr 1994BeyləqanAzərbaycan – 2 aprel 2016) — Azərbaycan Silahlı Qüvvələrinin hərbiçisi. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Məhəbbət Mirzəyev 1994-cü ilin 16 dekabr günündə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub.

Hərbi xidməti

Məhəbbət Mirzəyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 12-si isə Məhəbbət Mirzəyev doğulduğu Beyləqan rayonunun Dünyamalılar kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və hərbi qulluqçu Mirzəyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Məhəbbət Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR