Slimfit
  1. DÜNYA

Məhkəmə Putini cərimələyə bilərmi? - Peskovdan cavab

Məhkəmə Putini cərimələyə bilərmi? - Peskovdan cavab
Sakura
:0

Məhkəmə Putini cərimələyə bilərmi? - Peskovdan cavab

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Rusiya məhkəməsinin Vladimir Putini cəzalandıra biləcəyi ilə bağlı sualını cavablandırıb.

Qaynarinfo xəbər verir ki, sual ABŞ-da Nyu York Ali Məhkəməsinin Prezident Donald Trampın bir sıra xeyriyyə təşkilatlarına iki milyon dollar ödəməsi haqda qərar çıxarmasıyla bağlı soruşulub.

"Sizə məhkəmə orqanları ilə əlaqə qurmaq və ya qanunları oxumaq lazımdır”, - Peskov deyib. Mətbuat katibi əlavə edib ki, Rusiya prezidentinin qanun çərçivəsində müəyyən toxunulmazlığı var.

Bununla əlaqədar, TASS agentliyi Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin dövlət başçısının toxunulmazlığı ilə bağlı normaların şərhini xatırladıb. Bu norma prezidentə "cinayət və inzibati təqibdən, şəxsi azadlığının digər məhdudiyyətlərindən" zəmanət verir.

Eyni zamanda, Rusiyada hətta istefaya getmiş bir prezident də prezident səlahiyyətləri müddətində etdiyi əməllərə görə məsuliyyətə cəlb edilə bilməz. Bununla birlikdə, vəzifədən kənarlaşmış bir prezident ciddi bir cinayət törətdiyi halda toxunulmazlıqdan məhrum edilə bilər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR