Slimfit
  1. CƏMİYYƏT

“Məhsul” stadionu təmirə bağlandı

“Məhsul” stadionu təmirə bağlandı
Sakura

“Məhsul” stadionu təmirə bağlandı

Bakının “Məhsul” stadionu təmirə bağlanır. Yasamal Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata əsasən, paytaxtın Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksində (“Məhsul” stadionu) və ətraf ərazidə əsaslı təmir və tikinti  işləri başlanıb.

Yasamal rayonunun mərkəzində yerləşən və son illər ərzində təmirsiz qalan azsaylı idman məkanlarından biri olan bu stadion artıq uzun illərdir ki, əsaslı təmir aparılmaması, baxımsız qalması səbəbindən pis vəziyyətə  düşüb. Buna görə burada hər hansı idman tədbirlərin keçirilməsi mümkünsüz olub, stadion gecə saatlarında tüfeyli həyat tərzi keçirən şəxslərin yığılma yerinə çevrilib  və  bu da ətraf binalarda yaşayan sakinlərin narazılığına səbəb olub.

Sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, həmçinin stadionun müxtəlif idman yarışları üçün yararlı vəziyyətə salmaq, burada idman qurğularını, ot örtüyünü yeniləmək məqsədilə Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksində (“Məhsul” stadionu) əsaslı təmir işlərinə başlanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR