Slimfit
  1. MEDİA

MEK-də “Milli Rəqəmsal Yaddaşda Nəsimi İrsi” müsabiqəsi keçirilib

MEK-də  “Milli Rəqəmsal Yaddaşda Nəsimi İrsi” müsabiqəsi keçirilib
Sakura

MEK-də “Milli Rəqəmsal Yaddaşda Nəsimi İrsi” müsabiqəsi keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında 11.01.2019-cu il tarixli sərəncamına əsasən “Milli Rəqəmsal Yaddaşda Nəsimi İrsi” adlı müsabiqə keçirilib. Müsabiqə komissiyasının qərarıyla, 1-ci yerə “Milli Rəqəmsal Yaddaşda Nəsimi irsi” videofilmi (Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədova və filmin operatoru Mirzə  Hüseynov), 2-ci yerə “Azərbaycanda sufizmin inkişaf xüsusiyyətləri, sufi təriqətləri və Seyid İmadəddın Nəsimı” adlı məqalə (Kataloqlaşdırma və sistemləşdirmə bölməsinin əməkdaşı Şəhanə Şahbazova) və “Nəsimi irsi Milli Rəqəmsal Yaddaşda” videofilmi (Beynəlxalq əlaqələr bölməsinin baş mütəxəssisi Şəlalə  Quliyeva) layiq görülüblər.

Videofilmlərdə MEK-in MRY bazasına daxil olan Nəsimi irsinə aid sənədlər, onların daxil edilməsi prosesi ətraflı izah edilir.

Qeyd edək ki, müsabiqə şərtləri sırasında komanda işi, format seçimi müstəqilliyi, MEK-in MRY bazası materiallarından istifadə və MEK məlumat sistemində emal olunması tələbləri yer alıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR