Slimfit
  1. MEDİA

MEK Macarıstanın “Arcanum” məlumat bazasına yeni nəşrlər göndərib

MEK Macarıstanın “Arcanum” məlumat bazasına yeni nəşrlər göndərib
Sakura

MEK Macarıstanın “Arcanum” məlumat bazasına yeni nəşrlər göndərib

MEK Macarıstanın “Arcanum” məlumat bazasına yeni nəşrlər göndərib

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) beynəlxalq əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Belə ki, MEK tərəfindən ötən günlərdə Macarıstanın ən böyük rəqəmsal dövri məlumat bazası olan “Arcanum”a növbəti dəfə dəyərli nəşrlər göndərilib. 

MEK ilə “Arcanum” bazası arasında imzalanmış müqavilə çərçivəsində təqdim edilən  nəşrlər Azərbaycanın tarixi həqiqətlərini, mədəniyyətini, incəsənətini özündə əks etdirir.

Onların sırasında Kamran Ramazanlının “Heydər Əliyevin enerji strategiyası və Tbilisi” (Azərbaycan və gürcü dillərində)), Yaşar Kərimovun “Zəfərə gedən yol”,

“Heydər Əliyev və Azərbaycan dili”, Habil Qurbanovun “Qarabağın azadlığı və zəfərə gedən yol: hüquqi-sosio-mədəni baxış”, Atamoğlan Məmmədlinin “Gəlmələr ermənilərin gerçək tarixi” , “Azərbaycan İrəvan bölgəsi sosial-iqtsadi və siyasi tarix XIX-XX əsrin əvvəlləri”, Gülnara Goca Memmedlinin “Ahıska bölgesində türklerin eğitim tarihi”, Mahmud Allahmanlının “Bəkir Çobanzadə (həyatı, mühiti və yaradıcılığı)”, Aynur Seyfullayevanın “Azərbaycan miniatür sənəti”,  “Mirzə Xosrov Axundzadə yaradıcılığında Şuşa” (“Divandan seçmələr”), İlhamə Məmmədovanın “Azərbaycanda çay mədəniyyəti (tarixi etnoqrafik tədqiqat)” , Almara Nəbiyevanın “Milli-mədəni irsimiz Aşıq Ələsgərin lirikası” , Zeynəb Quliyevanın “Naxçıvanın neolit mədəniyyəti” , Ramin Qurbanın “Türk xalqlarının tarixi” , Nərgiz Quliyevanın “Azərbaycanda uşaq etnoqrafiyası”, “Şirvan orta əsrlərdə: IX-XVII əsrlər” və digər əsərlər yer alıb.

MEK-in fondlarında olan bu nəşrlərin 30 milyon izləyicisi olan Macarıstanın rəqəmsal dövri məlumat bazasında yerləşdirilməsi daha geniş oxucu auditoriyasına çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. 

Xatırladaq ki, MEK sözügedən platformaya fondlarındakı yeni və maraqlı nəşrləri təqdim edən ölkə daxilindəki yeganə qurumdur.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR