Slimfit
  1. MEDİA

MEK onlayn viki-təlimlərində iştirakına görə Azərbaycan Diaspor Könüllülərini təltif etdi

MEK onlayn viki-təlimlərində iştirakına görə  Azərbaycan Diaspor Könüllülərini  təltif etdi
Sakura

MEK onlayn viki-təlimlərində iştirakına görə Azərbaycan Diaspor Könüllülərini təltif etdi

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında (MEK) vikipediya təlimlərində iştirak edən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycan Diaspor Könüllüləri ilə görüş keçirilib.

MEK-in direktoru Sevil Zülfüqarova kitabxanada keçirilən onlayn vikipediya təlimlərinin məqsədindən söz açıb. Vikipediyada məqalələrin yerləşdirilməsi ilə bağlı gənclərin maarifləndirilməsi istiqamətində tədbirlərin davam etdiyini deyib.

MEK rəhbəri ölkədə könüllülük hərəkatının geniş vüsət aldığını, MEK-in təşkilatçılığı ilə təlimlərə qoşulan  könüllülərin də bu prosesin fəal üzvləri olduğunu qeyd edib. O, diaspor könüllülərinin vikipediya hərəkatına böyük dəstək və töhfə verdiyini söyləyib. Onların vikiensklopediyada müxtəlif dillərdə Azərbaycan həqiqətləri və milli-mədəni irsimizlə bağlı silsilə məqalələr yerləşdirdiyini diqqətə çatdırıb. 

Könüllülər də öz növbəsində fəaliyyətləri ilə bağlı təəssüratlarını bölüşüblər. Könüllülük fəaliyyətinin onların bilik və bacarıqlarının inkişafında, gələcək kadr kimi formalaşmasında mühüm rol oynadığını bildiriblər.

Sonda könüllüləri təbrik edən S.Zülfüqarova Vikipediyanın Azərbaycan dili bölməsində uğurlu fəaliyyətlərinə görə xüsusilə fərqlənən Məhərrəmov Mehman, Əzimov Məzahim, Mürşüdlü Rəhiməxanım, Bağırova Aişə, Rişanova Arzu və başqalarına sertifikatlar təqdim edib. Onlara gələcək işlərində uğurlar diləyib.

 

 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR