Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Məktəbəhazırlıq qruplarına qeydiyyat davam edir

Məktəbəhazırlıq qruplarına qeydiyyat davam edir
Sakura

Məktəbəhazırlıq qruplarına qeydiyyat davam edir

2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 26-dan başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək.

Femida.az xəbər verir ki, elektron ərizəsi qeydiyyata alınan şəxslərin məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 2-dən 27-nə kimi (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq. 

Bu il ilk dəfə məktəbəhazırlıq qruplarına sənəd qəbulu https://mektebeqebul.edu.az/ elektron sistemi vasitəsilə həyata keçirilir. 

Xatırladaq ki, 2019-2020-ci tədris ilində bütün 5 yaşlıların 90 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması üçün dövlət tərəfindən imkan yaradılıb. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-dən mayın 31-dək davam edəcək. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR