Slimfit
  1. AZƏRBAYCAN

Məmmədyarov Kantonlar Şurasının sədri ilə görüşdü

Məmmədyarov Kantonlar Şurasının sədri ilə görüşdü
Sakura

Məmmədyarov Kantonlar Şurasının sədri ilə görüşdü

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Axar.az-a bildiriblər ki, nazir Elmar Məmmədyarov görüşdə iki ölkə tərəfindən həyata keçirilən uğurlu iqtisadi layihələri, Azərbaycan bazarında İsveçrə şirkətlərinin fəaliyyətini qeyd edib. Bu xüsusda, 70-dən çox İsveçrə şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi bildirilib, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın daha da artırılması üçün geniş potensialın mövcud olduğu diqqətə çatdırılıb.

Jan-Rene Furniye isə ölkələrimiz arasında əlaqələrin inkişafının beynəlxalq səviyyədə də özünü göstərdiyini deyib. O, İsveçrə tərəfindən İpək Yolu layihəsinin dəstəkləndiyini bildirib, bu xüsusda İpək Yolu ilə bağlı Azərbaycanın önəmli rolunu vurğulayıb.

Həmçinin tərəflər regionda təhlükəsizliyə olan hədə və təhdidlər, eləcə də imkanlar barədə fikir mübadiləsi aparıblar.

Nazir Elmar Məmmədyarov Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən danışaraq, bu xüsusda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında həll edilməsinin vacibliyinə diqqət çəkib, Ermənistanın işğalçı siyasəti nəticəsində doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasının vacibliyini bildirib.

Görüş zamanı nazir Azərbaycan tərəfindən İsveçrə bazarına qoyulan sərmayələr, həmçinin İsveçrə tərəfindən ölkəmizə yatırılan investisiyalar, o cümlədən Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı barədə danışıb.

Jan-Rene Furniye SOCAR-ın İsveçrədəki fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR