Slimfit
  1. SİYASƏT

Məmmədyarov macar nazirlə görüşdü

Məmmədyarov macar nazirlə görüşdü
Sakura

Məmmədyarov macar nazirlə görüşdü

Xarici İşlər naziri Elmar Məmmədyarov Macarıstana səfəri çərçivəsində bu ölkənin Xarici İşlər və Ticarət naziri Peter Siyarto ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, görüşdə Azərbaycan və Macarıstan arasında mövcud olan ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən və strateji tərəfdaşlıq müstəvisində inkişaf edən əməkdaşlıqdan məmnunluq ifadə edildi. İki ölkə arasında iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanlarının mövcudluğu vurğulandı.

Nazirlər Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəhəng enerji və infrastruktur layihələri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və konkret olaraq enerji sahəsində ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi mövzuları ətrafında fikir mübadiləsi apardılar.

Nazir Elmar Məmmədyarov Türk Şurasının qarşıdan gələn 7-ci Zirvə görüşünə hazırlıq işləri barədə həmkarına məlumat verdi və Baş Nazir Viktor Orban başda olmaqla Macarıstan nümayəndə heyətini tezliklə Bakıda salamlamaqdan məmnun olacağımızı qeyd etdi.

Nazir Elmar Məmmədyarov macar həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin son vəziyyəti ilə bağlı məlumat verdi və münaqişənin BMT TŞ-nin qətnamələri, eləcə də digər beynəlxalq təşkilatların qərarları əsasında həll olunmasının vacibliyini vurğuladı.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etdilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR