Slimfit
  1. SİYASƏT

Məmmədyarovun erməni həmkarı ilə danışıqları yeddi saat çəkib: Sabah davam etdiriləcək

Məmmədyarovun erməni həmkarı ilə danışıqları yeddi saat çəkib: Sabah davam etdiriləcək
Sakura

Məmmədyarovun erməni həmkarı ilə danışıqları yeddi saat çəkib: Sabah davam etdiriləcək

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə bu ilin 29 yanvar tarixində Cenevrədə keçirilən görüşü 7 saat davam edib.

Məlumatı Azərbaycan XİN yayıb. 

Ümumilikdə tərəflər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsinin və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış edirlər.

Sabah danışıqların növbəti raundu keçiriləcək

14:28

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş başlayıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Azərbaycan XİN mətbuat katibi Leyla Abdullayeva “Twitter” səhifəsində paylaşım edib. 

Görüşdə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov, fransalı həmsədri Stefani Viskonti və ABŞ-lı həmsədri Endryu Şofer, eləcə də ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndə Anjey Kasprşik iştirak edir. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR