Slimfit
  1. ƏDƏBİYYAT

Mən elə sizəm - Leyla Əliyeva

Mən elə sizəm - Leyla Əliyeva
Sakura

Mən elə sizəm - Leyla Əliyeva

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Mən elə sizəm” adlı şeirini İnstaqram səhifəsində izləyiciləri ilə paylaşıb.

Kult.az sözügedən şeiri təqdim edir:

Mənə ağlayan gözləriniz olaydı,

Məni sevən ürəyiniz,

Mən elə sizəm, siz.

 

Bir az da yaxşı baxsanız,

görərsiniz məni üzünüzdə,

gözünüzdə.

Bir az da yaxşı sevsəniz

Dönərsiniz mənə özünüz də.

Mən elə sizəm, siz.

 

Başqa ürəyimlə, başqa qayğımla,

Başqa nəfəsimlə, başqa ağlımla

Mən elə sizəm.

 

Ağacların arasında durmuşdum

Siz yanımdan keçəndə.

Bəlkə ağaca oxşatdınız məni,

 

bəlkə elə siz özünüz

ağacsınız-

yeriyən ağac?

 

Bəlkə elə biz hamımız

torpaqdan dikələn ağaclarıq,

əl edirik yarpaq-yarpaq.

Bəlkə elə siz də, mən də

Heç bu ağac deyilik-

bir parça göyük,

bir ovuc torpaq.

 

Mənə ağlayan gözləriniz olaydı,

Məni sevən ürəyiniz-

Mən elə sizəm, siz.

 

Tərcümə: Kamal Abdullayev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR