Slimfit
  1. AVTO VƏ MOTO

MERCEDES – BENZ

MERCEDES – BENZ
Sakura

MERCEDES – BENZ HAQQINDA

Mercedes-Benz - Almaniyanın "Daimler AG" koserninin tərkib hissəsi olan, premium sinif avtomobillərinin, yük avtomobillərinin, avtobusların və digər nəqliyyat vasitələrini istehsal edən ticarət markasıdır. Dünyanın ən tanınmış avtomobil markalarından biridir. Mənzil qərargahı Almaniyanın Ştutqart şəhərində yerləşir.
 
BRENDİN TARİXİ
 
Bu əfsanəvi markanın tarixi 1900-cü ildən başlayır, Daimler Motoren Gesellschaft-nin (DMG – Hotlib Daimler tərəfindən əsası qoyulub)Fransa bölməsinin nümayəndəsi Emil Yellinek (Emile Jellinek), Vilhelm Maybaxı (Wilhelm Maybach) yeni avtomobil şirkətini öz qızının şərəfinə Mersedes adlandırmağa razı saldı. Əslində onu Adriana Manuela Ramona Yellinek (Adriana Manuela Ramona Jellinek) adlandırırdılar, Mersedes (Mercedes) ləqəbi ona görə ailə dairəsində bərkidilib. 1902-ci ildə Mercedes adı şirkətin rəsmi ticarət markası oldu.
 
Ən birinci Mersedes idman yarışlarında bir yox, bir neçə qələbə çalmış, markaya böyük şöhrət gətirən yarış avtomobili olub. Özü də sükan arxasında bəzən Yellinekin özü əyləşirdi. Bunu Müsyö Mersedes anonim təxəllüsü ilə etməklə yanaşı o, həm də diplomat idi, yarış sürücüsü karyerası isə elə də çox deyildi. Yeri gəlmişkən, 1903-cü ildə soyadını rəsmi olaraq Yellinek-Mercedes-ə dəyişdi. Beləliklə ona cəsarətlə bu markanı öz əlləri ilə canlandıran insan demək olar. Yellinek ilk dəfə 1890-cı ildə DMG ilə onların avtomobillərini satmağa başlayanda üzləşdi. Əgər o, bu və ya digər konstruksiyalarda ciddi qüsurlar tapardısa, daim şirkətin rəhbərliyinə məsləhətlər verirdi. Onun səyləri sayəsində onlarla DMG avtomobili satıldı, hansı ki, o illər üçün gözəl nəticə idi. O, şirkətə ciddi məbləğlər qoydu, bir şərtlə ki, onu direktorlar şurasına qəbul edəcəklər və bəzi avropa ölkələrində avtomobil satışı üçün müstəsna hüquq veriləcək. Təəccüblü deyil ki, Yellinexin Maybaxa belə böyük təsir edə bilirdi.
 
Yellinekin daimi nəzarəti ilə, Maybax tərəfindən hazırlanmış həmin ilk Mersedes (Mercedes-Simplex), yarışda 60 km/saat sürəti yığaraq əsl səs-küyə səbəb oldu. Markanın uğuru təmin edilmişdir. Yellinek məmnunluqla mətbuata "Mersedes Erası"nın başlanması barədə bildirdi.
 
Ancaq o, özü bu erada az qaldı. 1907-ci ildə Maybax DMG-dən gedəndən sonra, şirkət rəhbərliyi Yellinekin dözülməz hərəkətlərinə daha dözmək istəmirdi. Onunla müqavilə pozuldu. Onların düşünülmüş konsepsiyası üzrə yaradılmış avtomobillərin yarışlardakı qalibiyyəti isə I dünya müharibəsinə qədər dəyişməz qaldı.
 
Həmin vaxtda DMG sürətlə inkişaf edirdi. Avtomobillərlə yanaşı, o katerlər və təyyarələr üçün mühərriklər istehsal etməyə başladı. 1909-cu ildə məşhur üçguşəli ulduz loqotipində - "torpaqda, suda, havada" həkk olunub.
 
I dünya müharibəsindən sonra, 1926-cı ildə, Daimler Motoren Gesellschaft ilə Karl Bents (Karl Benz) tərəfindən yaradılan Benz & Cie şirkətinin birləşməsi baş verir. Nəticə olaraq Daimler-Benz (indi sadəcə Daimler) şirkəti və Mercedes-Benz avtomobil markası meydana gəlir. İndi üçguşəli ulduzu isə Bents şirkətinin loqotipindən götürülmüş çələng çərçivəyə alır. Gələcəkdə bu çələngi indi istifadə olunan adi bir halqa əvəz edəcək. Tarixdə ən sadə (və tanınan) loqotiplərindən biri lüks və rifahın simvolu olmuşdur. Həmin illərdə şirkətin baş mühəndisi Ferdinand Porşe (Ferdinand Porsche) olur, hansı ki, qarşıda hələ məşhur möhtəşəm idman və xırda avtomobillərin yaradıcısı kimi tanınacaq. İki il sonra başqa, daha az tanınmış, lakin qabiliyyətli mühəndis Hans Nibel (Hans Nibel) onun yerinə gəlir.
 
Birləşmə sayəsində, nəinki müharibədən sonrakı çətin dövrdə davam gətirə bildi, hətta yenidən yüksəldi. Mersedesin yarışlara qayıdışı baş verir. Uğurlu qayıdışı qeyd etmək lazımdır! Gələcəkdə bu uğuru saxlamaq üçün nasistlər dəstək verdi - beynəlxalq idman yarışlarında qələbə istənilən totalitar rejim üçün vacibdir. O illərdə Mercedeslər svastika(faşizmin rəmzi) yollarında hökm sürürdü. Üstəlik, yeni hökumətə dəbdəbəli avtomobillər lazım idi, ona görə də şirkətin sifarişi lazımınca idi. Hakimiyyətə gəlmiş Hitlerin ən birinci avtomobili kabriolet Mercedes-Benz 630 olmuşdur, hansı ki, qarışmış Hindenburdan "borc" götürmüşdür. Sonralar Reyx rəhbərliyi Mercedes-Benz 770 modelindən istifadə edib, hansı ki, hətta "Uberauto" - "superavtomobil" qeyri-rəsmi adı almışdır. II dünya müharibəsinin başlanması ilə şirkət hərbi sifarişlərə qoşuldu.
 
Müharibə qurtarandan sonra şirkətin zavodları xarabalığa çevrilmişdir. Ona görə də onların bərpası üçün kifayət qədər uzun vaxt lazım oldu. Lakin bu zaman, ilk müharibədən sonrakı Mercedeslər artıq 1946-ci ildə konveyerdən çıxmağa başladı. Bu kiçik 38 güc mühərrikli sedanlar idi. Şirkətə öz şöhrətini bərpa etmək lazım deyildi, belə ki zavodların yenidən qurulması Daimler-Benz dirçəlişi yenidən başladı. 50-cı illərin əvvəllərində lüks limuzinlərin əllə yığılması istehsalı yenidən başlayır. 1954-cü ildə qapıları "qağayı ("Gullwing") qanadı" adlandırılan 300SL idman kupesi yaranır, bu model o illərdə ən tanınmış modellərdən biri oldu. Həmin vaxtadək Mersedes avtomobilləri dəbdəbəli etibarı özünə yenidən qaytardı. Kompakt ölçülərdən imtina ba. verir, hansı ki, 80-ci illərdə bir daha qayıdacaqlar.
 
80-ci illərin ortalarınadək şirkəti yapon istehsalçılarının timsalında yeni təhlükə gözləyirdi, hansı ki, bazarın bir hissəsini onun əlindən aldı, onu ciddi sıxışdıra bilmədilər. Bundan başqa, sağlam rəqabət Mersedes-Bentsin yalnız xeyrinə oldu.
Həm müharibədən əvvəlki, həm də müharibədən sonrakı dövrlərdə şirkətin buraxdığı bu gözəl model haqqında danışmaq üçün bir neçə tom lazımdır. Bu ensiklopediyaya buraxılış illərində əsl əfsanə olmuş, ən müxtəlif avtomobillər daxil olacaq.
 
Bu marka altında kiçik modellər, furqon, yük maşınları, avtobuslar, yüksək qabiliyyətli avtomobillər buraxılır. Bu avtomobillərin bir çoxu xalq arasında "ölümsüzlük" nüfuzunu qazanıb. Mercedes indiyədək avtoidmanı tərk etmir. Daimler zavodlarında Smart brendi altında mikrolitrajlı avtomobillərdə istehsal edilir.
 
2018-ci ildə Mercedes-Benz markası 48,601 milyard dollar səviyyəsində qiymətləndirilir. Avtomobil istehsalçıları arasında (Toyotadan sonra) ikinci yerdə , dünyanın bütün markaları arasında səkkizinci yerdədir. BrandZ-ın qiymətləndirilməsinə görə, 2017-ci ildə 23.513 milyard dollar dəyərində olan ən bahalı markalar arasında 40-cı yeri tuturdu.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR