Slimfit
  1. AVTO VƏ MOTO

Mercedes-Maybach subbrendinin flaqmanı Nürbuqrinqdə sınaqdan keçirilir

Mercedes-Maybach subbrendinin flaqmanı Nürbuqrinqdə sınaqdan keçirilir
Sakura

Mercedes-Maybach subbrendinin flaqmanı Nürbuqrinqdə sınaqdan keçirilir

Yaxın zamanlarda Mercedes-Benz şirkəti bayraqdar modeli olan S-Class sedanının yeni nəslini təqdim edəcədir. Lakin, bizim şəkillərdə gördüyümüz model, sedanın standart və uzun bazalı versiyalarından sonra debüt edəcəkdir. Bu avtomobil, prototipi Nürburqrinq trekində sınaqdan keçirilən yeni nəsil Mercedes-Maybach S-Class modelidir.

Prototipin güclü kamuflyaja malik olmasına baxmayaraq, qarşımızdakı avtomobilin Mercedes-Maybach subbdrendinə aid olmasına dəlalət edən elementlər uzun arxa qapılar və kamuflyajın altından görünən şaquli zolaqları olan radiator barmaqlığıdır. Dəbdəbəli modellərə xas olan bu dizayn elementi ilk dəfə 2016-cı ilin Vision Mercedes-Maybach konseptində debüt edib. 2018-ci ildə belə radiator barmaqlığı "təqaüdə" getməyə hazırlaşan cari Mercedes-Maybach S-Class sedanda və Mercedes-Benz GLS 600 krossoverində tətbiq edilib.

Şəkillərdən göründüyü kimi, sedan "üzə çıxan" qapı dəstəklərini qoruyub saxlayacaq və S-Class modelinin daha ucuz variantlarının ardınca yeni ön fənərləri alacaqdır. Test prototipinin arxa işıq texnikasının üstü örtülü olsa da, onun yenilənmiş E-Class modeli ilə eyni dizayn üslubuna malik olacağına şübhə etməmək olar.

Casuslar avtomobilin salonuna baxmağa müvəffəq olmasalar da, flaqman sedanının standart variantlarının iri şaquli displeyə malik olan MBUX sistemini alacağı məlumdur.

Əvvəllər Mercedes-Benz şirkətinin V12 mühərrikindən imtina etməyə hazır olduğu bildirilsə də, yeni Mercedes-Maybach S-Class modelinin bu möhtəşəm aqreqatı daşımağa layiq olan yeganə avtomobil olduğunu söyləmək olar.

Bundan başqa, modelin mühərrik çeşidinə elektrikləşdirilmiş güc qurğularının daxil edilməsinə baxmayaraq, Mercedes-Maybach S-Class modeli sırf elektrik güc qurğusu ilə təchiz edilməyəcəkdir. Dəbdəbəli elektrokarları təmsil etmək Mercedes-Benz EQS modelinə həvalə olunacaqdır.

 

Mənbə: autograph.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR