Slimfit
  1. AZƏRBAYCAN

MƏRDƏKAN MƏDƏNİYYƏT SARAYI

MƏRDƏKAN MƏDƏNİYYƏT SARAYI
Sakura

MƏRDƏKAN MƏDƏNİYYƏT SARAYI

Mərdəkan Mədəniyyət Sarayı 1961-ci ildə istifadəyə verilib. Uzun müddət fəaliyyət göstərən saray yararsız və qəzalı vəziyyətə düşdüyündən Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib. 2007-ci il iyunun 14-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yenidən qurulmuş Mərdəkan Mədəniyyət Sarayının açılışında iştirak edib.
Ümumi sahəsi 4641 m² olan sarayda 374 nəfərlik böyük salon və 150 nəfərlik kiçik salon, mühazirə və rəqs salonları vardır. Böyük salonunun səhnəsində müasir videomonitor quraşdırılmış, işıq və səs sistemləri yeniləşdirilmişdir. Bina mərkəzləşdirilmiş kondisioner, siqnalizasiya və yanğından mühafizə sistemləri ilə təchiz edilmişdir.

Mərdəkan Mədəniyyət Sarayında 10-dan artıq dərnək və kurslar fəaliyyət göstərir: 

- İlkin Tibbi Yardım 

- Bərbərlik

- Kompüter

- Məktəbəqədər hazırlıq

- Rəssamlıq 

- Tar

- Gitara

- Biçmə -Tikmə

- Rəqs

- Keramika və s. 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR