Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Məşhur həkim uzunömürlülüyün sirini açdı: “Sutkada 11500 litr hava uduruq, odur ki…”

Məşhur həkim uzunömürlülüyün sirini açdı: “Sutkada 11500 litr hava uduruq, odur ki…”
Sakura

Məşhur həkim uzunömürlülüyün sirini açdı: “Sutkada 11500 litr hava uduruq, odur ki…”

“İnsan gündə cəmi 3-5 dəfə yemək yeyir. Sutkada maksimum 2-3 litr maye qəbul edir. Amma dəqiqədə 16 dəfə nəfəs alır... Yəni hər dəfə orta hesabla ağciyərlərimizə 500 ml hava daxil olur. Dəqiqədə 8 litr. Sutkada 11500 litr hava uduruq. Odur ki, nəfəs aldığımız havanın təmizliyi sağlamlığın qorunması üçün hətta sudan və qidadan daha üstündür”.

Publika.az xəbər verir ki, bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O, bildirib ki, insan havası təmiz olan rayonların birində olanda heç yorulmur:

“Bunu dərk edən insanlar tüstüdən, radiasiyadan uzaq yerdə - perifeyiyada yaşamağa üstünlük verirlər. Ekoloji təmiz su içirsə, sağlam qidalanırsa, əlbəttə ki, bəhrəsini görəcək. Deyə bilərsiniz ki, hava və suyu anladıq. Bəs qidalanma? Hərə bir pəhriz məsləhət görür. Arıqlamaq üçün olan pəhrizləri sağlam qidalanma hesab etməyin. Dünyada hazırda Araqlıq dənizi pəhrizi ən gözəl qidalanma sayılır. Çünki Monte-Karloda, Monakoda orta ömür müddəti hətta Yaponiyanı belə üstələyir. Onlar uzunömürlülüyə görə dünyada birinci yerdədilər”.

Daha sonra həkim Aralıq dənizi pəhrizinin əsas müddəalarını belə sıralayıb:

Bol meyvə-tərəvəz;

Toxumlar, qoz-fındıq və s;

Protein ehtiyacını paxlalardan və dəniz məhsullardan – balıq və s təmin edin;

Orta miqdarda ağartı məhsulları;

Qırmızı ətdən imtina;

İçkilərdən isə orta miqdarda yalnız qırmızı çaxır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR