Slimfit
  1. İDMAN

Məşhur hücumçu "Real Madrid"ə təklif olunub

Məşhur hücumçu "Real Madrid"ə təklif olunub
Sakura

Fransanın “Monako” klubunun futbolçusu Radamel Falkao İspaniya təmsilçisi “Real Madrid”ə təklif olunub

Fransanın “Monako” klubunun futbolçusu Radamel Falkao İspaniya təmsilçisi “Real Madrid”ə təklif olunub.

Report” “Marca”ya istinadən xəbər verir ki, 33 yaşlı kolumbiyalı hücumçunun agenti bu məqsədlə madridlilərlə danışıq aparıb. Paytaxt klubunun rəhbərliyi isə bu variantı gözdən keçirəcəklərini, lakin daha çox gənc oyunçuların transferində maraqlı olduqlarını bildirib.

Fransa çempionatının geridə qalan 13 turundan 7 xal toplayan “Monako” “Genqam”la birlikdə son 2 pilləni bölüşür. Falkaonun hesabında 4 qol və 1 məhsuldar ötürmə var.

Qeyd edək ki, Falkaonun “Monako” ilə 2020-ci ilin iyunundək müqaviləsi mövcuddur. O, karyerası ərzində Argentinanın “River Pleyt”, Portuqaliyanın “Portu”, İspnaiyanın “Atletiko”, İngiltərənin “Çelsi” və “Mançester Yunayted” komandalarının formasını geyinib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR