Ens.az
20 sentyabr 2019, cümə
.
chevron_left chevron_right
İDMAN

Məşhur idmançı 6 il sonra komadan ayıldı

Məşhur idmançı 6 il sonra komadan ayıldı

31 Baxış
Məşhur idmançı 6 il sonra komadan ayıldı

2013-cü ildə keçirdiyi qəza nəticəsində xəstəxanaya yerləşdirilən və həmin tarixdən reanimasiyada müalicə olunan məşhur "F1" pilotu Maykl Schumacherdən sevindirici xəbər gəlib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, bazar ertəsi günü kök hüceyrə müalicəsi üçün Parisdə yerləşən Georges-Pompidou xəstəxanasına yerləşdirilən Schumacherin müalicəsi ilə məşğul olan tibb bacısı "Le Parisien" adlı qəzetə açıqlama edib. O, açıqlamasında Schumacherin oyandığını və yaddaşının yerinə gəldiyini bildirib. Məşhur idmançının bu gün xəstəxanadan çıxacağı da deyilib.

İdmançının "F1" yarışlarını televiziyadan izlədiyi iddia edilir. Keçirdiyi qəzadan sonra başından yaralanan və aylarla komada qalan Scumacherin görüntüləri həmin gündən bəri ictimaiyyətə əks olunmayıb. Bu dövrdə məşhur idmançının sağlamlıq vəziyyəti ilə bağlı dəqiq məlumat almaq da olmayıb.


VİDEO QALEREYA
Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ