Slimfit
  1. MEDİA

Məşhur türk neyroloqdan sensasion sözlər: Qadın ömrünün 25 ili hamam və tualetdə keçir

Məşhur türk neyroloqdan sensasion sözlər: Qadın ömrünün 25 ili hamam və tualetdə keçir
Sakura

Məşhur türk neyroloqdan sensasion sözlər: Qadın ömrünün 25 ili hamam və tualetdə keçir

 Deniz bəy, yazdığınız kitabların hamısında qalıcı ideal çəkinin mümkünlüyündən bəhs edirsiniz. Elə bu məqamdan başlayaq...

- Bu günədək 6 kitab yazmışam. Lakin hər biri eyni məqsədə köklənib - qalıcı arıqlamaq. Çünki artıq çəki problemi dünyanı düşündürən ən qlobal məsələlərdən biridir. Hər gün yeni bir üsul, dieta növü düşünüb tapırlar. Bütün dietoloqlar isə enerji sərf etməyin vacib olduğunu bildirirlər. Kitablarımın əsas müzakirə mövzusu da budur. Dəfələrlə demişəm. Bir daha təkrar edirəm, bu tibbin, səhiyyə işçilərinin görəcəyi iş deyil. Axı bizi artıq çəkidən xilas edən dərman da icad olunmayıb. Onların ən böyük uğuru yeni qida rasionu tərtib edib insanları arıqlatmaqdır. Əslində isə artıq çəki insanın davranış pozğunluğudur. Əsas problem bilirsiniz nədir? Çox enerji qəbul edib, az enerji sərf edirsiniz. Köklük, piylənmə əslində xəstəlik deyil. Xəstəlik olmadığı üçün də bu tibbin çözəcəyi problem deyil. Piylənmə hansısa xəstəliyə səbəb olduğu təqdirdə həkim qəbuluna yazılmaq lazımdır.

- Bəs dietoloq müdaxiləsi olmadan necə arıqlayaq?

- Baxın, bu? bir növ bilgisizlikdən qaynaqlanır. Artıq çəkidən əziyyət çəkən insan bu sahədə ixtisaslaşmış mütəxəssis tərəfindən təlimatlandırılmalıdır. İstənilən halda insanın kökəlmə səbəbi şüuraltı inancıdır. Çünki biz uşaqlığımızdan bəri inandığımız prinsiplərə görə yaşayırıq. İnsan doğulduğu gündən etibarən bədəni, qadınlığı, insanlığı, cinsiyyəti, milliyəti və digər dəyərləri haqda öz sələflərindən, valideynlərindən, məktəbdən bilgilər əldə edir. Məsələn, müsəlman, yaxud xristian olduğuna, inəyin müqəddəsliyinə inanır. Bütün bu inancların içərisində qidalanma da yer alır. Gün ərzində 3 dəfə qidalanmağın vacibliyinə inanır. Ət qəbul etməsə, bədəninin haldan düşəcəyini zənn edir. Yəni enerji qəbulu ilə bağlı bir sıra inancları həyat tərzinə çevirir. Bu gün cəmiyyətimizin əsas bəlalarını valideynlər körpələrinin şüuraltına yazır - qız uşağısan, hərəkətlərinə fikir ver, ayaqlarını ört, evə vaxtından gec gəlsən, cəzalanacaqsan, əxlaqını qoru və s. Uşaqlığından bəri qadının düşdüyü bu çərçivə onun hərəkətini də, həyat tərzini də qəlibə salır. Aldığı enerjini tam xərcləyə bilmir. Yazdığım kitablarda da bu məqamlara toxunaraq, qalıcı ideal çəkinin mümkünlüyünü izah etməyə çalışıram.

- Dedikləriniz gözəl səslənir, amma əməldə bunu etməyə gücümüz yetərmi?

- İnsan bildiyi, inandığı dəyərləri sevərək, istəyərək dəyişməlidir. Tutaq ki, artıq çəkidən əziyyət çəkirsiniz, arıqlatmaq istədiyiniz bədənə sahibsiniz. İlk işiniz dietoloqa müraciət etmək olur. Əslində isə bunun üçün öncə zehninizi hazırlamalısınız. Çünki beyin hazır deyilsə, əməyiniz boşa çıxacaq. Həkimin təlimatları həyat tərzinizə uyğun olmadığı üçün, bir gün cəsarətinizi itirəcəksiniz, ruhdan düşüb yenidən yeməyə başlayacaqsınız. Səbəb sadədir - beyin bu dəyişikliyə uyğun proqramlaşdırılmayıb. Yaxud da baxır ki, ətrafında heç kim qida rasionuna onun kimi əməl etmir. Təsəvvür edin ki, bir uşağın yanındakı bütün böyüklər işıqforun qırmızı işığında yol keçir. O uşaq da gördüyünü təkraralayacaq. Yəni dietada olan insanın zehni bu dəyişikliyə hazır olmadığı üçün ruhdan düşüb, əvvəki qidalanma tərzinə geri dönəcək. Bizim işimiz onları bu müddətə hazırlayıb, qalıcı arıqlığı təmin etməkdir.

- Bəs özümüzlə mübarizə müddəti uzun çəkir?

- Bəzilərində 4 ay, kimdəsə 1 il... Qət etdiyimiz yol boyu kimlərsə bəhanələr gətirir, bir çoxları ailəsi tərəfindən təsir altına düşür və nəfsilə savaşdan geri çəkilir. Yəni belə deyək, bu gün yeyim, sabahdan başlayaram deyib özünü aldadır. İnsanların 13 şüuratı inancı var ki, buraya bədən, qidalanma, idman və digər faktorlar aiddir. Kitablarımda bu 13 inancların düşüncə yolu ilə dəyişdirilməsini təlqin edirəm. Beynimiz 1,2 kiloqramdır. Tutaq ki, çəkisi 100 kq olan insanın enerjisinin 25 faizini beyin istifadə edir. Kobud desək, 1 kq-lıq beynimiz gündəlik vəzifələri, ehtiyacları, adət-ənənələrini, vərdişləri, ümumiyyətlə, bütün informasiyaları nəhəng bədənə ötürür. Mən isə beyin gücü ilə həyatımızı gözəlləşdirməyi, ideal çəkiyə sahib olmağı öyrədirəm.

- Qida rasionumuzla bağlı da sensasion fikirləriniz var.

- Bəli, yazdığım üçüncü kitab da indiyədək eşitdiyimiz, bildiyimiz oxuduğumuz bütün aksiomların yanlış olduğunu sübut edib parçalayır. Tutaq ki, bir ədəd badam yeyirəm. Mənim elektronlarımla onun elektronları çarpışır. Mən bu qidanı bədənimdə istehsal etmirəm, sadəcə içərisindəki enerjini qəbul edirəm. Bu günədək bildiyimiz zülal, karbohidrat, vitamin, mineralla bağlı deyilən hər şey yalan və mənasızdır. Təbii ki, bədənimdə zülal, vitamin, mineral çatışmazlığı olacaq. Çünki bunlar molekul tərkibinə malikdirlər. Amma mən bu badamı yesəm də, yeməsəm də dırnağım uzanacaq. Çünki bədənin şüuru var. O nə yediyinə baxmadan, sistem fəaliyyətini yerinə yetirir. Saçın da uzanır, dırnaqların da çıxır və s. Karbohidrat, yaxud əti çox ye deyə, tövsiyələr verib, insanlara irqçiliyi öyrədirlər. Bu isə, yemək həssaslığına səbəb olur. Qida rasionu üzərində vurnuxan insanın arıqlamaq şansı yoxdur. Çünki bütün fikri yeməyin, yəni artıq enerji qəbulunun yanındadır. Məsələn, siz varlı birinə kasıb deyə bilməzsiniz. Çünki bütün fikri daha çox pul qazanmaqdır. Yemək haqda da çox düşünən insanın arıqlamaq şansı olduqca azdır. Qidalar fərqli görünə bilər. Lakin hamısı bir məqsədə qulluq edir - yaşamaq üçün enerjini təmin etmək. Qida problemini bəsitləşdirmək mütləqdir. Gün ərzində düşüncələrimizin çoxu yeməklə bağlıdır. Daha çox da xanımlarımız bu gün nə bişirəcəm, nə alacam, hansı qiymətə alacam, necə edim ki, yeyib artıq kilo almayım deyə müxtəlif fikirlərə qapılır. Bir qadının 75 illik ömrünün 25 ili yuxuda, 25 ili isə hamam və tualetdə keçir. Mən dünyanı gəzmişəm, cəsəd, siçan, böcək yeyən insanlarla bir müddət ünsiyyətdə olmuşam. Nəticədə onun da saçı çıxır, mənim də... Biri inəyə sitayiş edir, digəri inəyin ətindən dönər yeyir və hər ikisi sağlam şəkildə yaşayır.

- Piylənmənin əsas səbəblərindən biri də ətalətdə yaşamaqdır axı...

- Hərəkət anlayışını da səhv dərk edirik. Hərəkət əslində yaşamaqdır. Aldığımız enerjini hansı səmtə səpəcəyimizə səbəb verir. Son illər insanlar hərəkət etməkdən yorulublar. Gündəlik həyatlarındakı fiziki fəaliyyətlərini də hərəkət hesab etmirlər. İş kimi, vəzifə kimi görürlər. İstər işdə, evdə, tarlada olsun fərq etmir, enerji sərf etmək bacarığımızı dərindən dərk etməliyik. Tutaq ki, mən indi meyvə yeyirəm. Aldığım enerjini dinlədiyim musiqiyə, oxuduğum xəbərə sərf edirəm. Kimsə tarlada çalışıb enerjisini almaya, bir başqası ofisdə işləyib maaşa çevirir. Biz hərəkəti çərçivəyə salırıq. Düşünürük ki, arıqlamaq bərabərdir idman salonlarına. Əslində isə olduğumuz bütün məkanlar bizdən enerji sərfi tələb edir.

- Bu gün çoxumuzun gününün böyük hissəsi ofislərdə kompüter arxasında keçir. Bu şərtlər altında necə hərəkət edə bilərik?

- Qısa izah verəcəm. İş yerinə gedərkən ən azı yolun yarısını nəqliyyat vasitəsi kimi ayaqlarından istifadə edə bilərsən, lift anlayışını həyatından çıxara bilərsən. Addımlarını daha sürətli və templi ata bilərsən. Əmək qabiliyyətini bu yolla artıra bilərsən. İnanın ki, bu üsullar idman salonlarından da efektlidir. Hərəkətsizlik enerjiyə qənaətdir. Qənaət etdiyimiz hər şey isə üst-üstə toplanır. Amma ətaləti yalnız fiziki baxımdan anlamayın. Piylənmənin əsas səbəblərindən biri də zehin hərəkətsizliyidir. Monoton beyin, təkrarlanan hadisələr, ayrılıqlar, depressiya, travmalar, aldanışları unutmaq üçün insan yatmağa və yeməyə meyil edir. Məsələn, başımız ağrıyanda dərman içib sakitləşmək istəyirik. Dərman içib rahatlaşırıq. Artıq çəkili insanlar da belədir, stressdən, ailə problemlərindən, çəki dərdindən qurtulmaq üçün tez-tez yemək istəyirlər. Çünki özlərini gözəl hiss etdikləri yeganə çarə budur. Məsələnin təməlinə enməsən, düşüncələrini təmizləməsən, heç bir dietoloq, həkim sənə kömək edə bilməyəcək. Çünki artıq çəkili insan xəstə deyil, davranışları pozulub. Yəni insan enerji almağı sevir, verməyi isə yox. Yaxud siqaret çəkmək, spirtli içki aludəçiliyi... Bunları tibbi yolla müalicə etmək yox, insanlara bilgi verib pis vərdişlərdən qurtarmaq lazımdır. İnsan öncə ona zərər verən duyğulardan xilas olmalıdır. Məsələn, malımız-mülkümüz əlimizdən alınarsa, üsyan edərik elə deyil? Bəziləri də acı xatirələrindən belə yapışır. Halbuki olanları geridə qoyub həyatdan daha gözəl hədiyyələr qəbul edə bilərlər. Stress, mənfi düşüncələr şəkər, xərçəng kimi xəstəliklərə səbəb olur. Çünki davamlı mənfi enerji ilə yaşadığımız zaman bədən neuropeptidlər istehsal edir. Bu isə hüceyrələrin zədələnməsinə səbəb olur.

- Amma ömür boyu xoşbəxt ola bilmərik. Sizcə xoşbəxtliyin bizdən gizli açarı var?

- Qəssab və tərəvəz mağazası düşünün. Tərəvəz mağazasına gedib ət istəsəniz, yoxdur deyəcək. Xoşbəxtlik də belədir. Şüraltımızda mənfi, neqativ düşüncələr varsa, xoşbəxt ola bilmərik. Xoşbəxtliyin varlığı və yoxluğu əslində bir atomun tərklibində olan elektron və proton kimi bir şeydir. Yəni Allahdan başqa dünyada hər şey cüt yaradılıb. İnsan baxdığı nəsnənin mənfi tərəfini görərsə, elə o cəhət də ona xidmət edər, yaxud da əksinə... Odur ki, hadisələrin, baş verənlərin müsbət tərəfini axtarmağa çalışın. Eyni nöqtəyə baxan iki insanın biri faciə, digəri şənlik görə bilər. Çalışın, acı xatirələrinizdən, sizi üzən düşüncələrdən uzaq durasınız. Xoşbəxtlik yalnız öz əlinizdədir. Bunun üçünsə şüuraltı düşüncəni dəyişməlisiniz. Hətta mənfinin özündə belə müsbət var. Hər şey baxış tərzinizdən asılıdır. 24 saat gülmək, çalıb oynamaq da anormal hadır. Əslində neqativ düşüncələr də mütləq lazımdır ki, özümüzü tapaq. Amma müəyyən bir vaxt kəsiyi ərzində... Neqativ düşüncələr həyat tərzinizə çevrilməməlidir.

- Bəs insanlar bizi sevsin deyə çabalamalıyıq?

- Bunun üçün heç bir şey etməyə ehtiyac yoxdur. Sadəcə öz dəyərimizi artırmalıyıq. İnsanlar arasında əvəzsiz heç bir münasibət yoxdur. Hətta ana və övlad arasında belə bu fakt dəyişmir. Səhərlər gec oyanır, məsuliyyətsizdir, o qızla evlənsə, qəbul etmərəm deyir. Lap dərinə gedək, mənim tanrı ilə münasibətim belə təmənnasız deyil. Yəni o, mənə cənnət vəd etməsə, namaz da qılmayacam. Bu, bütün dinlərdə belədir. Tanrının bizə münasibəti isə təmənnasızdır. Məsələn o, bu gün oksigeni türklərdən əsirgəyəcəm demir. Belə çıxır ki, biz insanlar bir-birimizə qarşılıqlı məhəbbət verdiyimiz müddətcə sevilirik. Axı yalnız yeməklə deyil, sevgi və informasiya ilə də qidalanırıq. Yəni mən səni bu gün sevgi ilə bəsləməsəm, sən bunu başqasında axtaracaqsan. Hətta bədənimizin belə həm cəlbedici, həm də itələyici gücü var. Təbiətdə piylənmə yoxdur məsələn. Tanrı insanı belə yaratmayıb. Odur ki, insanları özümüzdən itələmək əvəzinə, həm vücudumuzu, həm zehnimizi, həm də düşüncələrimizi mükəmməlləşdirməliyik. Kasıblıq da belədir. İnsan öz çörəkpulunu qazanmalıdır. Özünü həm maddi, həm mənəvi cəhətdən təmin edirsən, cəmiyyətə işinlə fayda verirsən, görünüşün səliqəlidir, davranışın pozitivləşir, insanlar da sənə can atacaq, səni sevəcək. Arı çiçəyə qonan kimi sənə meyil edəcək. Amma... yenə də deyirəm təmənnalı sevgi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR