Ens.az
16 sentyabr 2019, bazar ertəsi
.
chevron_left chevron_right
TEXNOLOGİYA

Metal canlı-lar üçün mini beyin yaradıldı – İxtira kosmosa göndərilən hörümçəkşəkilli robota quraşdırıldı

Metal canlı-lar üçün mini beyin yaradıldı – İxtira kosmosa göndərilən hörümçəkşəkilli robota quraşdırıldı

35 Baxış
Metal canlı-lar üçün mini beyin yaradıldı – İxtira kosmosa göndərilən hörümçəkşəkilli robota quraşdırıldı

Alimlər beyin dalğalarını yaymağı bacaran kiçikölçülü beyin yaradıblar.

TED.az xəbər verir ki, amerikalı alimlər mini beyinin neyron aktivliyini sürətləndirmək məqsədilə, onu kosmosa göndərdikləri hörümçəkşəkilli robota quraşdırıblar. 

Mütəxəssislər xüsusi funksiyaları yerinə yetirə bilən çox kiçik hüceyrə quruluşlu beyini orqanoid adlandırırlar. O, ribosomlara, xromosomlara, mitoxondlara və hüceyrənin digər vacib hissələrinə malikdir.

Kaliforniya Universiteti Laboratoriyasında çalışan mütəxəssislər insan dərisinin hüceyrələrini gövdə hüceyrələrinə çevirməyə, daha sonra, onun əsasında orqanoidin insan embrionun beyin hüceyrələri kimi inkişaf etməsinə nail olublar.

Aparılan bu tədqiqatlar alimlərə insan beynini, inkişafının daha erkən mərhələlərindən başlayaraq dəqiqliklə öyrənməyə imkan verir.

Hazırda kosmosda olan orqanoidlərin hər biri aparılan manipulyasiyalardan sonra özündə müxtəlif quruluşda olan minlərlə çox kiçik ölçülü kürəciklər formasını alıblar.

Bu beyinlərin hər biri öz növbəsində, insan beynindəki hüceyrələr kimi kimyəvi və elektrik siqnalları ötürür.

NASA mütəxəssisləri bu orqanoidlərin çəkisizlik şəraitində necə inkişaf edə biləcəyini müşahidə etmək məqsədilə, onları kiçik qidalandırıcı bulyon paketləri ilə birlikdə metal qutuların içərisinə qoyaraq Beynəlxalq Kosmik Stansiyaya məxsus gəmidə kosmosa göndəriblər.

Mütəxəssislər hesab edirlər ki, bu mərhələdə orqanoidlərin sayı inanılmaz dərəcədə çox sürətlə artır.

Ən maraqlı məqam ondan ibarətdir ki, alimlər orqanoidlərdən gələn sadə beyin dalğalarını qeydə ala biliblər. Beyin dalğaları sinir fəaliyyətinin ən mürəkkəb modelləridir. Onlar yetkin insanın beynində neyronların sinxron şəbəkələri tərəfindən yaradılır. Konkret beyin modelləri biz yuxu gördüyümüz zaman və ya, xatirələrə daldığımızda meydana çıxırlar.

Tədqiqatın aparıcı müəllifi, doktor Prisçilla Muotri və həmkarları orqanoidlərdə daha mürəkkəb neyron şəbəkələrini inkişaf etdirmək məqsədilə, müxtəlif stimulyasiya üsullarından istifadə edirlər.

Apardıqları bir təcrübədə orqanoidləri hörümçəkşəkilli kiçik robota yerləşdiriblər. Həmin robot kompüterin köməyilə orqanoidə ötürülən elektrik aktivliyinin nəticəsində ayaqlarını hərəkət etdirməyə başlayıb. 

Alimlər hələ ki, aparılan təcrübələrin mini beyinlərin gələcək inkişafına təsir edib-etməyəcəyi barədə məlumat verə bilmirlər.


VİDEO QALEREYA
Ko Pxi Pxi Don, Tailand
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X