Slimfit
  1. TEXNOLOGİYA

“Microsoft” əməkdaşlarına Grammarly, Slack və Google Docs-dan istifadə etməyi qadağan edir

“Microsoft” əməkdaşlarına Grammarly, Slack və Google Docs-dan istifadə etməyi qadağan edir
Sakura

“Microsoft” əməkdaşlarına Grammarly, Slack və Google Docs-dan istifadə etməyi qadağan edir

“Microsoft” şirkəti öz əməkdaşlarına Slack mesencerinin ödənişsiz versiyasında istifadə etməyi qadağan edib. The Verge xəbər verir ki, bu, onun məhsulları ilə rəqabət apardığına görə yox təhlükəsizliyə görədir.

Mesencerdən başqa, şirkətdə digər bəzi rəqib məhsullar da qadağan edilib, məsələn, Amazon Web Services (AWS)  və Google Docs xidmətlərinin istifadəsi məsləhət görülmür.

Nəşr, Slack Free, Slack Standart və Slack Plus-la bağlı daxili qaydalara istinad edir:

“Bu versiyalar şirkətin intelektual özəlliklərini qoruya biləcək düzgün nəzarəti təmin etmir. Bu qərarların mövcud istifadəçiləri “Microsoft” biznesinə aid olan çat və faylları, bu funksiyaları təklif edən və Office 365 tətbiqlərini, qrup çatlarını və zəng funksiyalarını birləşdirən “Microsoft Teams”-a ötürməlidirlər”.

Nəşr qeyd edir ki, belə olan halda Slack Enterprise Grid korporativ versiyasının istifadəsi qadağan edilmir, lakin xərcləri nəzərə alsaq, yəqin ki, şirkətin ştatı onun Teams komanda halında işləmə xidmətinə  keçəcək.

Həm də nəşr belə məlumat verir ki, şirkətdə  Ukraynanın Grammarly-si qadağan edilib. Microsoft-da belə hesab edilir ki, xidmət klaviaturada yığılan mətni izləyə bilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR