adscode
adscode
  1. İQTİSADİYYAT

Mikayıl Cabbarov: 'Azərbaycan sərmayadarları Rusiyada lokal istehsalın yaradılmasına investisiya qoyurlar'

Mikayıl Cabbarov: 'Azərbaycan sərmayadarları Rusiyada lokal istehsalın yaradılmasına investisiya qoyurlar'

Mikayıl Cabbarov: 'Azərbaycan sərmayadarları Rusiyada lokal istehsalın yaradılmasına investisiya qoyurlar'

"Rusiya Azərbaycan iqtisadiyyatına 5 milyard dollar, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1,2 milyard dollar məbləğində investisiyalar qoyub".

"Report"un Rusiya bürosu xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Moskvada keçirilən X Rusiya-Azərbaycan Regionlararası İqtisadi Forumunda deyib. 

O qeyd edib ki, Azərbaycanın həm dövlət, həm də özəl şirkətlərinin fəaliyyəti üçün Rusiyada komfortlu şərait yaradılıb.

Nazir Azərbaycanda dövlət tərəfindən sahibkarlığa yüksək səviyyədə dəstək göstərildiyini, bu sahədə xüsusi qanunvericilik rejiminin, o cümlədən xüsusi sənaye parklarının, texnoparkların yaradıldığını, güzəştli kredit sisteminin, fiziki şəxslər üçün vergi güzəştlərinin tətbiq edildiyini vurğulayıb. O, “Şimal-Cənub” və “Şimal-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyətini vurğulayıb. 

M.Cabbarov hazırda kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı ilə yanaşı, Azərbaycan sərmayadarlarının bu ölkədə lokal istehsala investisiyalar qoyduqlarını da diqqətə çatdırıb.

İqtisadiyyat naziri turizm, Azərbaycanda rus dilinin qorunub saxlanması və inkişaf etdirilməsi, ölkəmizdə Rusiya ali məktəblərinin filiallarının açılması və digər mövzulara da toxunub.

Küfür, hakaret, rencide edici ve büyük harfle yazılan yorumlar onaylanmayacaktır.