Ens.az
9 dekabr 2019, bazar ertəsi
.
.
chevron_left chevron_right
İQTİSADİYYAT

Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına beş milyard dollar investisiya yatırıb

Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına beş milyard dollar investisiya yatırıb

37 Baxış
Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına beş milyard dollar investisiya yatırıb

 

Rusiya bu vaxtadək Azərbaycan iqtisadiyyatına beş milyard dollar, ölkəmiz isə Rusiya iqtisadiyyatına 1 milyard 200 milyon dollar investisiya yatırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Moskvada keçirilən Rusiya-Azərbaycan Regionlararası İqtisadi Forumundakı çıxışında deyib.

O bildirib ki, Azərbaycanın həm dövlət, həm də özəl şirkətlərinin fəaliyyəti üçün Rusiyada mühbit şərait yaradılıb.

Nazir Azərbaycanda dövlət tərəfindən sahibkarlığa yüksək səviyyədə dəstəyin göstərildiyini, bu sahədə xüsusi qanunvericiliyin, o cümlədən xüsusi sənaye parklarının, texnoparkların yaradıldığını, güzəştli kredit sisteminin, fiziki şəxslər üçün vergi güzəştlərinin tətbiq edildiyini vurğulayıb. O, “Şimal-Cənub” və “Şimal-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyətini vurğulayıb.

M.Cabbarov hazırda kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı ilə yanaşı, Azərbaycan sərməyadərlarının bu ölkədə lokal istehsala investisiyalar qoyduqlarını da diqqətə çatdırıb.

İqtisadiyyat naziri turizm sahəsi, Azərbaycanda rus dilinin qorunub saxlanması və inkişaf etdirilməsi, ölkəmizdə Rusiya ali məktəblərinin filiallarının açılması və digər mövzulara da toxunub.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Çində bu balaca pandanı "alovlu tülkü" - ingiliscə firefox adlandırırlar. Siz bilirsiniz ki. Mozilla şirkətinin proqramçıları öz brauzerini məhv bu pandanın şərəfinə adlandırıb və hətta loqotipə onu yerləşdiriblər? Bəli, orada bəzilərinin hesab etdiy
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X