Slimfit
  1. GÜNDƏM

Millət vəkili məktəbdə Dirçəliş Günü tədbirinə qatıldı

Millət vəkili məktəbdə Dirçəliş Günü tədbirinə qatıldı
Sakura

Millət vəkili məktəbdə Dirçəliş Günü tədbirinə qatıldı

Binəqədi rayonu 283 №-li tam orta məktəbdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin dəstəyi ilə “Milli dirçəlişdən qüdrətli dövlətçiliyə” adlı tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, millət vəkili Qənirə Paşayeva XX əsrin 80-ci illərinin sonunda Azərbaycan xalqının milli-siyasi oyanışından, siyasi proseslərdə fəal iştirakının 1990-cı ilin yanvar hadisələrindən sonra keyfiyyətcə yeni - milli azadlıq hərəkatına çevrilməsindən, Vətənimizin qazandığı istiqlaliyyət yolundan danışıblar.

Qənirə Paşayeva şagirdləri maraqlı proqram əsasında tərtib olunmuş çıxışlarını təqdir edib, bu bu işdə onlara dəstək olan müəllimləri və tədbirin təşkilatçıları olan 283 nömrəli məktəbin rəhbərliyi və kollektivini, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-ni təbrik edib. Millət vəkili bir orta məktəbdə belə bir maraqlı proqramın gerçəkləşdirilməsindən məmnunluğunu ifadə edib.

Q.Paşayev gəncləri oxumağa, öyrənməyə, savadlı olmağa, fundamental fənlərlə yanaşı, tarixi dərindən öyrənməyə, vətənpərvər olmağa, zərərli vərdişlərdən uzaq olmağa çağırıb.

 

Tədbirin sonunda təhsildə fərqlənən 100-ə yaxın şagirdin hər birinə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin kitab və məktəbli üçün gərəkli bir sıra hədiyyələri təqdim olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR