Slimfit
  1. AZƏRBAYCAN

Milli Onkoloji Mərkəzin mühafizə xidmətinin rəisi jurnalistlərə təzyiq göstərdi

Milli Onkoloji Mərkəzin mühafizə xidmətinin rəisi jurnalistlərə təzyiq göstərdi
Sakura

Milli Onkoloji Mərkəzin mühafizə xidmətinin rəisi jurnalistlərə təzyiq göstərdi

Bu gün dünyada Onkoloji xəstəliklərlə mübarizə günü kimi qeyd edilir. Biz də Anews.az saytı olaraq bu tarixlə bağlı reportajımızı Milli onkoloji mərkəzin qarşınıdan , ölkəmizdə dünya standartlarına cavab  verən belə bir tibb ocağının olduğunu söyləməklə başlamağa hazırlaşmışdıq.  Amma sən saydığını say, gör çərxi fələk nə sayır. Görünür özünü nəinki xəstəxana daxilində , həm də xaricində aöa hesab edən mərkəzin mühafizə xidmətinin rəhbəri bütün planlarımızı alt-üst etdi. Xəstəxananın   binasına, hətta həyətinin ərazisinə daxil olmaq istəmiyimiz belə olmadığı təqdirdə mühafizə xidmətinin rəhbəri müxbirlərimizə qarşı kobudluq edərək Mərkəzin darvazasının qarşısında  dayanmağı belə qadağan edib. 
 
KİV haqqında qanunu pozduğunu, jurnalıistlərin fəaliyyətini məhdudlaşdırmağa cəhd etdiyini dərk etməyən mühafizə rəhbəri hətta  müxbirlərimizi məhkəməyə verməklə hədələyib.  
 
Onu da qeyd edək ki, çəkilişi etmək üçün  müxbirlərimiz Səhiyyə Nazirliyinin mətbuat xidmətindən icazə alıb və  xidmətin əməkdaşı Elvin Hacıyev bildirib ki, xəstəxananın işərisində çəkiliş etmirlərsə heç  bir icazəyə  ehtiyac yoxdur. Amma mühafizə xidmətinin rəhbəri mərkəzin qapısına vurulan lövhə ilə xəstəxananın içinin eyni olmadığını  deyəsən qarışdırıb. Adı çəkilən lövhəni reklam adlandıran rəis  nazirliyin mətbuat xidməti əməkdaşının  sözünu saymırsa onda nazirlik o xidməti görəsən niyə saxlayır?
 
Jurnalistlərə qarşı bu qədər kobudluq edən mühafizəçi görəsən xəstələrlə necə davranır? Güman edirik ki, ilk növbədə Səhiyyə Nazirliyi, daha sonra isə uyğun təşkiatlar mühafizə rəisi ilə bağlı ölçü götürəcək və həmin şəxs bundan sonra ölkə qanunlarını pozmaq kimi özbaşınalığa yol verməyəcəkdir.
 
Azərbaycan qanunvericiliyinə görə, mühafizə xidmətinin rəisi ictimai fiqur sayıldığından onun əməllərini olduğu kimi videoya çəkərək mühakimənizə təqdim edirik: 
 

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR