30 mart 2020, bazar ertəsi
.
.
chevron_left chevron_right
MİLLİ QƏHRƏMANLAR

Milli Qəhrəman Eldar Məmmədovun şəhadət günü

Milli Qəhrəman Eldar Məmmədovun şəhadət günü

428 Baxış
Milli Qəhrəman Eldar Məmmədovun şəhadət günü

Bu gün Milli Qəhrəman Eldar Məmmədovun şəhadət günüdür.
Azvision.az -ın məlumatına görə, Eldar Harun oğlu Məmmədov 1968-ci il 10 yanvar tarixində Bakı şəhərində doğulub. Cəmşid Naxçıvanski adına hərbi məktəbi bitirdikdən sonra 1985-1989-cu illərdə Riqa Ali Hərbi Siyasi Məktəbdə təhsil alıb. 1989-1991-ci illərdə Rusiyanın Orenburq vilayətində zabit kimi hərbi xidmətdə olub. Eldar Məmmədov Azərbaycana qayıtdıqdan sonra əvvəl raket qoşunlarında, sonra isə Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsində hərbiçi kimi fəaliyyətini davam etdirib.

Ağdərədə gedən döyüşlərdə xüsusi fədakarlıq nümayiş etdirən E.Məmmədov 1993-cü il 24 fevral tarixində qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1994-cü il tarixli 247 saylı Fərmanı ilə Eldar Harun oğlu Məmmədov "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb.

Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 2-ci alayı E.Məmmədovun adını daşıyır.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Bayquşlar - gecə ovçularıdır və buna görə də onların gözü böyük və mürəkkəbdir ki, görmək və günün qaranlıq vaxtında qurbanı yüksək sürətlə tutmaq üçün daha asan olsun. Buna görə də bayquşlar göy rəngi görə bilən yeganə quşdur.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

FAM Group Media X