Ens.az
14 oktyabr 2019, bazar ertəsi
.
.
chevron_left chevron_right
MİLLİ QƏHRƏMANLAR

Milli Qəhrəman Əliyar Əliyevin şəhadət günü

Milli Qəhrəman Əliyar Əliyevin şəhadət günü

60 Baxış
Milli Qəhrəman Əliyar Əliyevin şəhadət günü

Bu gün Milli Qəhrəman Əliyar Əliyevin şəhid olduğu gündür.

Redaktor.az-ın məlumatına görə, Əliyar Yusif oğlu Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Hərbi xidməti başa vurduqdan sonra Saransk Dövlət Universiteti onu idman üzrə tanınmış mütəxəssis kimi müəllim işləməyə dəvət edib. 2 il Əliyar Əliyev həmin universitetdə müəllim işləyib.

Daha sonra atasının ölümü ilə əlaqədar kəndə qayıdıb, qəsəbə orta məktəbində müəllim, “Məhsul” könüllü idman cəmiyyətinin rayon şöbəsinin məşqçisi işləyib. Az vaxt içərisində onun təşkilatçılıq bacarığı onun Həmkarlar İttifaqı könüllü bədən tərbiyəsi və İdman cəmiyyəti rayon şurasının sədri olmasına səbəb olub. Əliyev Klassik güləş üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Onun rəhbərliyi ilə idmançı kimi formalaşmış 8 nəfər respublika və SSRİ çempionu olub, 1 nəfər isə olimpiya yığma komandasına üzv seçilib.

Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq müharibə meydanına atılıb. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayıb. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandırının təchizat üzrə müavini təyin edilib. 1992-ci ildən isə tabor komandiri vəzifəsini daşıyıb. Düşmənin canlı qüvvəsinin məhv edilməsində dəfələrlə igidlik göstərib. Bir döyüşçü kimi onun ən başlıca xüsusiyyəti ağır döyüş yerlərinə can atması olub. Əliyar Əliyev döyüşə başlayanda onun ətrafındakılarda böyük ruh yüksəkliyi yaranıb və igidliklə vuruşublar.

Əliyarın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. Həmin döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olub.

Prezidentin 10 noyabr 1992-ci il tarixli fərmanı ilə Əliyar Yusif oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

1

1

1


VİDEO QALEREYA
Curiosity yeni ərazi üzərində (06.03.2019)
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X