Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür

Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür
Sakura

Bu gün Azərbaycan Milli Qəhrəmanı Elman Hüseynovun doğum günüdür

Bu gün Azərbaycan Milli Qəhrəmanı Elman Hüseynovun doğum günüdür.

Lent.az-ın məlumatına görəmayor  Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olub.

1958-1968-ci illərdə Azadqaraqoyunlu kənd orta məktəbində orta təhsil alıb. 1968- 1973-cü illərdə Azərbaycan Politexnik İnstiutunda mühəndis ixtisası üzrə ali təhsil alıb.1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant, baş leytenant rütbəsində zabit kimi xidmət edib. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb.

1982-1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985-1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin müavini, rayon Partiya Komitəsində məsul vəzifələrdə çalışıb.

Dövlət idarəetmə orqanlarında mühüm vəzifədə işləməsinə baxmayaraq, Qarabağda baş verən hadilələrlə bağlı  1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor  yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib, 12 noyabr 1991-ci ildə  Müdafiə Nazirinin 813 saylı  əmri ilə Tərtər Ərazi Özünü  Müdafiə  Batalyonunun komandiri təyin olunub.

 Qısa zaman ərzində Tərtər rayonunun və ətraf sərhəd kəndlərinin müdafiəsi üzrə mühüm strateji postların yaradılmasını təşkil edir.

Sonralar   Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirakı, Şəxsi şücaəti və rəhbərliyi altında keçirilmiş uğurlu döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilir. Döyüşlərdə iki dəfə yaralanmasına baxmayaraq şəhid olduğu günədək düşmənə qarşı mübarizəsin davam etdirib.

1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olunub.

1995-ci il yanvarın 15-də Azərbaycan Respublikası Prezidentinin 262 saylı fərmanı ilə “Respublikamızın ərzi bütövlüyü və suverenliyinin qorunmasında, vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi igidlik və şəxsi şücaətə, öz müqəddəs və xidməti borcunu şərəflə yerinə yetirilməsindəki misilsiz xidmətlərinə görə” mayor Hüseynov Elman Süleyman oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı”adına layiq görülüb.

Tərtər şəhərində  qəhrəmanın büstü ucaldılıb. Tərtər rayonunda və Bakı şəhəri Xəzər rayonundakı  küçələrdən biri qəhrəmanımızın adın daşıyır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR