Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Milli Qəhrəman Mirəsgər Seyidovun doğum günüdür

Milli Qəhrəman Mirəsgər Seyidovun doğum günüdür
Sakura

Milli Qəhrəman Mirəsgər Seyidovun doğum günüdür

Biz şəhidlərimizi unutmadıq və unutmayacağıq da. Bu gün Qarabağ savaşında qəhrəmanlıq göstərərək şəhid olan Milli Qəhrəman Mirəsgər Seyidovun doğum günüdür. M.Seyidov 6 fevral 1970-ci ildə Babək rayonun Qaraxanbəyli kəndində anadan olub. 1987-ci ildə Naxşıvan şəhər 39 saylı orta məktəbini bitirib. 1988-1990-cı illərdə orduda xidmət edib. 

Qarabağ savaşı zamanı könüllü olaraq orduya yollanan Mirəsgər ermənilərin kabusuna çevrilir. O, Babək rayonunun Yuxarı Buzqov kənd özünümüdafiə batalyonunda vuruşur. Mirəsgər qorxmadan, çəkinmədən dəfələrlə döyüşlərin qaynar nöqtəsinə girərək, erməni yaraqlılarının canlı qüvvəsini məhv edir. Dəfələrlə döyüşçü yoldaşlarını mühasirədən çıxaran Mirəsgər 1992-ci il iyunun 14-də döyüş meydanında qəhrəmancasına şəhid olur. 

Şəhid Mirəsgər Seyidov Naxçıvanda Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edilir. Azərbaycan Respublikası prezidentinin 18 oktyabr 1992-ci il tarixli 367 saylı fərmanı ilə Seyidov Mirəsgər Mirabdulla oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Oxuduğu 39 saylı məktəb də qəhrəman şəhidimizin adını daşıyır. 

Daha ətraflı təqdim etdiyimi videoda.

Allah cəmi şəhidlərimizə rəhmət!




 

Mənbə: Karabakhmedia.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR