Ens.az
21 sentyabr 2019, şənbə
.
chevron_left chevron_right
MİLLİ QƏHRƏMANLAR

Milli Qəhrəmanımız haqda film çəkilir - Atasından açıqlama...

Milli Qəhrəmanımız haqda film çəkilir - Atasından açıqlama...

397 Baxış
Milli Qəhrəmanımız haqda film çəkilir - Atasından açıqlama...

2016-cı il aprel döyüşlərində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin komandiri, polkovnik-leytenant Murad Mirzəyevin döyüş yolundan bəhs edən film çəkilir. 
 
Bunu Moderator.az-a açıqlamasında şəhidimizin atası Telman Mirzəyev deyib. Şəhid atası uşaqlıqdan oğluna komandir dediyi üçün elə filmin də adını “Komandir” qoyduqlarını bildirib:
 
“Filmin çəkilişlərinə başlanılıb. Bir neçə gün öncə gəlib rayonda Muradın doğulduğu evdə çəkiliş etdilər. Sonra isə Bakıda çəkilişləri davam etdirirlər. Döyüşçü yoldaşları, yaxınları onun haqqında danışıblar. Film Mədəniyyət Nazirliyinin xəttiylə Bakı Kinostudiyası tərəfindən çəkilir. Filmin adını da “Komandir” qoyacaqlar, çünki uşaqlıqdan Murada komandir deyirdim və elə adı da burdan götürdülər”.
 
Şəhid atası filmin çəkilməsində əməyi keçən hər kəsə təşəkkür edib:
 
“Filmin çəkilməsində əziyyəti olan  hər kəsə təşəkkür edirəm. Biz də bir şəhid ailəsi kimi bu cür şeylərlə təsəlli tapırıq. Özüm təzə əməliyyat olundum və indi ev şəraitində müalicə olunuram. Hamınız var olun”. 


VİDEO QALEREYA
Norveçdə körpü
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ