Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Milli Qəhrəmanlar Kazımağa Kərimov və Natiq Əhmədovun doğum günüdür

Milli Qəhrəmanlar Kazımağa Kərimov və Natiq Əhmədovun doğum günüdür
Sakura

Milli Qəhrəmanlar Kazımağa Kərimov və Natiq Əhmədovun doğum günüdür

Qəhrəmanlar unudulmur!

1 sentyabr Milli Qəhrəmanlar Natiq Əhmədovun və Kazımağa Kərimovun doğum günüdür. 

Natiq İlyas oğlu Əhmədov 1969-cu il sentyabrın 1-də Xocalı rayonu Kosalar kəndində anadan olub, 6 yaşında ailəsi ilə birlikdə Ağdam rayonu Novruzlu kəndinə köçüb. O, 1991-ci ildə Xocalı rayonu daxili işlər şöbəsinə daxil olub, ətraf kəndlərin, Ağdam-Şuşa yolunun mühafizə olunmasında sücaət göstərib, 1991-ci il sentyabrın 26-da xidmət yoldaşı Əli ilə birlikdə Əsgəran yaxınlığında ermənilərin pusqusuna düşüb, düşmənin artıq qüvvələrinə qarşı sona qədər vuruşub və qəhrəmancasına həlak olub. 8 oktyabr 1992-ci ildə Milli Qəhrəman adını alıb. Ağdam rayonu Novruzlu kəndində dəfn edilib. 

Kazımağa Mövsüm oğlu Kərimov 1951-ci il sentyabrın 1-də Qubadlı rayonu Sarıyataq kəndində anadan olub, sonralar Goranboy rayonunda aqrar sənaye sahəsində çalışıb. O, 1991-ci ildə Birinci Goranboy batalyonuna daxil olub, Erkəc, Qaraçinar, Meşəli və digər əməliyyatlarda rəşadətlə vuruşub, az sonra İkinci batalyonun komandir müavini olan leytenant Kərimov həm də özünü cəsur və bacarıqlı hərbi rəhbər kimi göstərib, Meşəli kəndinə düşmənin növbəti hücumunu dəf edərkən ağır yaralanıb və 1992-ci il iyunun 15-də Bakıda hospitalda dünyasını dəyişib. 23 iyun 1992-ci ildə Milli Qəhrəman adını alıb. 
Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Goranboy şəhərində büstü qoyulub, rayonun Qızılhacılı kəndinin mədəniyyət evi onun adını daşıyır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR