Slimfit
  1. MEDİA

Milli Qəhrəmanlar unudulmasın: Abidə və muzey yaradılması təklif olunur

Milli Qəhrəmanlar unudulmasın: Abidə və muzey yaradılması təklif olunur
Sakura

Milli Qəhrəmanlar unudulmasın: Abidə və muzey yaradılması təklif olunur

Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhid olan Milli Qəhrəmanların xatirəsinin əbədiləşdirilməsi diqqət mərkəzində olan məsələlərdəndir. 

Şəhid Milli Qəhrəmanların adına məktəblər, küçələr verilsə də, ev muzeyləri yaradılsa da, çox az sayda qəhrəmanın abidəsi ucaldılıb. Halbuki bu, torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda canından keçənlərin ruhuna hörmət əlaməti olmaqla yanaşı, həm də milli vətənpəəvərlik ruhunun yüksəldilməsinə xidmət edə bilər. Artıq belə bir ənənənin əsası qoyulub. Şəhid Milli Qəhrəman Albert Aqarunovun abidəsi ucaldılır. Mübariz İbrahimovun isə doğulduğu Biləsuvar rayonunda abidəsi qoyulub. Ənənənin davamlı olması məqsəduyğun hesab edilir. Həmçinin bəzi təkliflərdə Milli Qəhrəmanlar üçün xüsusi muzeyin yaradılması səsləndirilir. 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu Azərbaycanda rəsmi şəkildə Milli Qəhrəmanlar, ümumiyyətlə, şəhidlərimiz üçün muzeyin olmadığını, fərdi şəkildə bəzi muzeylərin yaradıldığını bildirib:

“Ümumiyyətlə, Azərbaycanda konkret şəkildə Milli Qəhrəmanlar üçün yaradılan muzey yoxdur. Ayrı-ayrı muzeylər var ki, orada Milli Qəhrəmanların əşyaları qoyulub. Bundan başqa, bəzi hərbi hissələrdə Milli Qəhrəmanların büstü qoyulub. Lakin şəhidlər üçün muzey yoxdur. Şəhidlərimiz üçün fərdi şəkildə muzey yaradanlar var. Məsələn, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına rəsm qalereyası var. Namiq adlı müharibə veteranı bunu öz vəsaiti hesabına yaradıb. Lakin rəsmi deyil. Yaxşı olar ki, dövlət buna rəsmi status versin. Nə 20 Yanvar, nə Qarabağ müharibəsi şəhidləri üçün muzey var.  Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində iki muzey var, amma bu, hərbi muzeydir, orada döyüşçülərin mundirləri, əşyaları var”.

Rey Kərimoğlu muzeyin yaradılması, şəhidlərin adlarının əbədiləşdirilməsi üçün dəfələrlə çıxışlar etdiklərini, lakin bəzi qurumların buna biganə yanaşdığını qeyd edib:

“Muzeyin olmaması çox pis haldır. Dəfələrlə bu məsələni müxtəlif çıxışlarımızda bildirmişik. Hətta aprel hadisələrindən sonra “Bayraq haqqında” Qanunla bağlı müzakirələr gedəndə bizim təşkilatdan mövqemizi öyrəndilər. Biz şəhidlərimizin məzarı başında dəmirdən bayraq qoyulmalı olduğunu, onların digərlərindən seçilməsi üçün lazımi tədbirlərin görülməsini istədik. Lakin hazırda məsələnin nə yerdə olduğunu bilmirəm”.

Həmsöhbətimiz bildirib ki, şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı vəziyyət yaxşı deyil:

“Yeni qanunla küçə, məktəb adlarının verilməsi əlavə bir medal olduqdan sonra mümkündür. 215 Milli Qəhrəmanımız var, onların adlarını əbədiləşdirmək mümkün olur. Bəs digər şəhidlərimiz? Azərbaycanda məhəllədaxili parklar, körpülər, keçidlər var. Heç olmasa, onlara şəhidlərimizin adı verilməlidir. Yaxşı olar ki, bu məsələyə xüsusi diqqət ayrılsın. İranda hər dirəyə şəhidlərin şəklini vururlar. Kiçik bağçalara şəhidlərin adı verilir. Bizdə nə qədər park var. Niyə onlara şəhidlərin adı verilmir?”

R.Kərimoğlu bildirib ki, şəhidlərimiz üçün muzeyin olmaması, onların adlarının əbədiləşdirilməməsinin səbəbi bəzi məmurların öz yerində olmamasıdır: 

“Azərbaycan məmurları özünü fikirləşir, şəxsi biznesini qurur, şəhidi və onun ailəsini düşünmür. Bütün bölgələrdə şəhidlərimizin, Milli Qəhrəmanların abidəsi ucaldılmalıdır. Mən şəhidlərimizin heç birini ayırmıram, amma, məsələn, Allahverdi Bağırovun Azərbaycan üçün xidməti əvəzedilməzdir. O, üçqat, dördqat Milli Qəhrəman adına layiqdir. Azərbaycanda 20-ə yaxın Milli Qəhrəman var ki, onların adı gələndə insan qürur hissi keçirir. Ölkə Prezidenti İlham Əliyev və Vitse-prezident Mehriban Əliyevanın bu məsələyə münasibəti çox yaxşıdır. Həmişə diqqət edirlər. Lakin onlardan sonra bu məsələ sanki “qırılır”. Nazirliklərdə, Prezident Aparatında, BŞİH-də istənilən strukturda məmurlar tərəfindən təşəbbüskarlıq yoxdur”. 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli isə  bu sahədə lazımi tədbirlərin görüldüyünü və davam etdiyini bildirib:

“Bu istiqamətdə xeyli işlər görülüb. Bir çox Milli Qəhrəmanlarımızın, şəhidlərimizin adları əbədiləşdirilib. Onların adı küçələrə, məktəblərə verilib. Heykəlləri uçaldılıb, yaşadıqları binaların üzərinə barelyefləri vurulub. Amma bəzi yerlərdə hələ də  görüləsi işlər var. Şəhidlərimiz ən gənc yaşlarında canını vətənimiz, dövlətimiz və xalqımız üçün fəda ediblər. Biz nə etsək belə, azdır. Şəhid ailələrinə Prezident təqaüdü təsis olunub. Övladları hətta özəl unversitetlərə qəbul olanda dövlət onların təhsil haqqını ödəyir. Ailələrinə mənzil verilir, bir çox imtiyazlara malikdirlər. Bizim üçüm bütün şəhidlərimiz əzizdir. Bakıda Şəhidlər Xiyabanındakı abidə kompleksi bütün şəhidlərimiz üçün uçaldılıb. Bütün məktəblərimizdə Milli Qəhrəmanlar və həmin məktəbin məzun şəhidlərinin  həyat yolu haqqında məlumat verilir. Ağdamın girişində, Soltanbud təpəsində  16 Milli Qəhrəmanın şəkli və şəhidlərin adlı siyahısı olan kompleks var. Şəhidlərin adını əbədiləşdirmək üçün yeni qanun hazırlanır . Muzeylərə gəldikdə isə hər bölgənin şəhidləri üçün müzey yaradıla bilər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR