1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Ağlarmı könül

Mirkazim Nikbin - Ağlarmı könül

Mirkazim Nikbin - Ağlarmı könül

Aylar, illər ötsə yaşlansam əgər,
Keçmişi yadına salarmı könül.
Aylı gecələrdə tənha qalanda,
Uzaq xəyallara dalalarmı könül.

Saçlarım ağarsa, bənizim solsa,
Kədərim cəmlənib gözümə dolsa,
Ömürdən son anım, son günüm qalsa,
Məhəbbətə sadiq qalarmı könül.

Bu həyat yolunda düşsəm əmn dara,
Yoldaşlar, yaxınlar gəlməsə kara,
Həyatda günlərim olarsa qara,
Ağ günə ümidi bağlarmı könül.

Dünyanın balın yox zəhərin dadsam,
Xoş günün görməsəm, qəhərin dadsam,
Hicranı bəsləyib bəhərin dadsam,
Dilimi, ağzımı dağlarmı könül.

Bu ömür yel olub bir anlıq əsər,
Rəngarəng duyğular doğmamış ölər,
Cavanlıq etməyib yaşlansaam əgər,
Mənim o günümə ağlarmi könül.

Kiməsə kölə tək mən möhtac olsam,
İnsanlar içindən mən ixrac olsam,
Əldən ələ keçən bir taxt tac olsam,
Məni yad əlindən alarmı könül.

Mirkazim köksundə bir könül yaşar,
Ona yol göstərən bir şüur, baş var,
Ağlın əlindədir bütün ixtiyar,
Idrakin nökəri olarmı könül.



Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Editörün Seçimi

SON XƏBƏRLƏR