Ens.az
8 dekabr 2019, bazar
.
.
chevron_left chevron_right
ƏDƏBİYYAT

Mirkazim Nikbin - Mən

Mirkazim Nikbin - Mən

Mirkazim Nikbin - Mən

Yenədə tək tənha oturmuşam yar,
Özüm – özüm ilə danışıram mən.
Yenə sakit sakit səni düşünüb,
Həsrətdən kədərə qarışıram mən.

Ətrafımda boz təpələr, boz dağlar,
Sənə gedən yolun qarşısın bağlar,
Ayrılıq qəlbimi çarpazın dağlar,
Qovuşmaq naminə çalışıram mən.

Bəzən üsyan edib mən bu hicrana,
İstəyiram gələm sənin yanına,
Amma ixtiyarım çatmayır ona,
Odur ki, hicranla barışıram mən.

Bu ayrılıq məni üzəcək bir il,
Bir il min il demək mənim üçün bil,
Yadıma düşəndə bu müddət qəfil,
Ölümlə göz gözə baxışıram mən.

Həsrət at belində vüsal piyada,
Bu qov qaç olubdur daim dünyada,
Mirkaziməm sevib düşmüşəm oda,
Həsrət qəfəsində sıxışıram mən.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Alkatras" türməsindən bütün tarix boyunca 36 nəfər qaçmaq istəyib, onlardan ancaq üçü bunu bacarıb. İndiyə qədər onların yeri məlum deyil, cinayət işi isə onların 100 yaşı tamam olana qədər açıq qalacaq.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X